Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Camaaat döşeyin altına yığanda Semed kişi de adının altına yığırmış”

11 Ekim 2016

6:48 am


11/10/2016 [10:47]: xeber –
Sadə köylü ilə bir halal haqqı-salamı dünyanın varına dəyişmərəm. Çox gennən hərlənmək fikrindən uzağam. Mətləbin üstünə kəsə gəlirəm. Bizim İncə dərəsində mənim Məhəmməd adlı bir dostum var. Əslində çoxlarının dostudur Məhəmməd… Astanbəyli kəndindəndir. Mənim Astanbəyli Səmədoğlu Məhəmməd kimi tanıdığım Məhəmmədə kənddə Məxi deməsən tanımazlar. Atası Qarabağlıyev Səməd kişi uzun müddət üzüm biriqadiri olub. Dağılmış sovetin vaxtında üzüm biriqadiri olmaq bir kəndçi üçün babat vəzifə sayılarmış.Yaxşı gəlirli yer olub(Düzdür bu ifadə mənə yaraşan ifadə deyil…). Gözəl Səməd kişi.Torpağı qızıl, qızılı torpaq bilən Səməd kişi. O, qədər gözü-könlü tox kişidir ki, camahat döşəyin altına yığanda, Səməd kişi də adının altına yığırmış. Məhəmməd də onun oğludur. Maşın ustasıdır. Bir haşiyə çıxıram:- Deyilənə görə oralarda(İncəlidə) Allah uzağ elləsin möhkəm toqquşma, avariya səsi gələndə deyirlər ki, Allah eliyə Məxilik ola. Məxilikdirsə demək ziyana düşməmisən. Könlündən keçən qiymətə maşının nizam olacaq.Məhəmməddən danışıram. Şərəfli döyüş yolu keçib Məhəmməd. Ağır döyüşlərdə olub. Məhəmməd Vətənin priziv əsgərlərindən deyil.Məhəmməd ağlı kəsəndən özünü Vətənə əsgər bilir.Hər xırda tıkkıltıya belə yuxarı posta qalxır. Vətən döyüşləri üçün burnunun ucu göynəyir.Düşmənlə döyüşməyə məqam axtarır. Bu xüsusiyyətlər Astanbəylidə çoxlarına məxsusdur. Ancaq Vətən sevdası mənim üçün Məhəmməddə daha səmimi güzgülənib, boy göstərir. Bütövləşmiş Türk aydını Akif Səmədlə saysız məclislər keçirmiş adamın Vətən sevgisi başqa cür ola da bilməzdi. Astanbəyli camahatı çörəkli, sazlı-sözlü, qonaqcıl camahatdı. Az qala hər evində çörək kəsmişəm. Ancaq nə xoş Məhmmədin halına ki, Astanbəylidə ən çox çörəyi yeyilən kişilərdəndir. Bu məqamda çoxları gəlib gözlərimin önündə durdu, başda da Şeyxöyünün Akifi. Allah yerini behişt eləsin Akif!Məhəmməddən deyirdim. Məhəmmədin evində kimlər olmayıb? Akif Səməddən, Aşıq Nazimdən,Məmməd İlqardan, Məhbub Xəlilidən,Dəmirçoğlundan, Aşıx Maksuddan belə? Hər üzü o tərəfə bir çəkilişə, bir tədbirə gedəndə ola bilməz ki, Məhəmmədin sazlı-sözlü halal süfrəsinə qonaq olmayaq.Yoxsa İncə dərəsi təkcə şairlərinnən, aşıqlarınnan ha İncə dərəsi olmayıb. İncə dərəsi həm də İncənin adını büttün varlığı ilə dikdə-ürəyinin başında tutan Səmədoğlu Məhəmməd kimi kişilərinnən İncə dərsi olub. Qazaxda Səməd Vurğuna görə 50 yaşa şair yaşı, Dədə Ələsgərə görə də 105 yaşa aşıq yaşı deyirlər. Bu il noyabrın altısında Məhəmmədin kalendarnan 50 yaşı tamam olur. Mübarəkdir deyirəm və əziz dostuma aşıq ömrü arzulayıram. Özü də tam varlığıma arzulayıram. Çünkü buna ən çox Vətənin və dostların ehtiyacı var. Tanrı Səni və müqəddəs ocağını qorusun Məhəmməd!Həmid OrmanlıŞəkil təmas xəttində çəkilib, arxamızda görünən Noyanberyan rayonunun mərkəzidir


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler