Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Çalışırlar ki, Eldar Mahmudovu aradan götürsünler”

23 Haziran 2016

7:20 am


23/06/2016 [11:18]: xeber –
Hafiz Hacıyev: “Ölkədə gedən proseslər və qanunlar kiminsə cinayət edib, sonra da kənarda qalmasına əsas vermir”“Bəzi qüvvələr çalışırlar ki, Eldar Mahmudov həyatdan getsin, onun əlində olan kompromatlar açılmasın”.Bunu Eldar Mahmudovun ölüm xəbərinə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Xatırladaq ki, bir neçə gün əvvəl Eldar Mahmudovun ölümü ilə bağlı xəbər yayılsa da, bu xəbər öz təsdiqini tapmadı. O da faktdır ki, sabiq nazirin törətdiyi cinayət əməlləri ortada olsa da, o məsuliyyətə cəlb olunmur. Həmçinin bir müddət əvvəl belə bir məlumat yayıldı ki, sabiq MTN rəhbəri Eldar Mahmudovun əlində iri çaplı məmurları şantaj etmək üçün kifayət qədər kompramatlar var. Eldar Mahmudovun əlində olan kompramatlar onun cəzadan kənarda qalması üçün yetərli olacaqmı və bu gələcəkdə dövlətə qarşı  cinayətlər edən bir çoxları üçün cəzadan qurtulmaq üçün anoloq nümunə ola bilərmi?Hafiz Hacıyev: “Əgər Eldar Mahmudovun dediyi videolar varsa, bu məmurlar üçün gündəlik həyatdır”.Eldar Mahmudovdan alınan məlumatların prezidentə düzgün çatdırılmadığını iddia edən Hafiz Hacıyevə görə, Eldar Mahmudovun ölüm xəbəri yalan olsa da, onu həqiqətən öldürmək istəyən qüvvələr var:“Düşünmürəm ki, Eldar Mahmudovun ölüm xəbərinin yayılması onu məsuliyyətdən kənarda saxlamaq üçün atılan addımdır. Ölkədə gedən proseslər və qanunlar kiminsə cinayət edib, sonra da kənarda qalmasına əsas vermir. Sadəcə olaraq bu məsələ müəyyən qrupların marağında olan məsələdir. Bir qrup Eldar Mahmdovun öldürülməsini, müəyyən işlərin gizli qalmasını, bir qrup isə həqiqətin üzə çıxmasını istəyir. Ehtimal edirəm ki, həqiqətin üzə çıxmasını istəyən qüvvələr daha çoxdur. Şəxsən cənab prezidentin özü istəyər ki, bu həqiqət ortaya çıxsın. Bu məsələnin necə olduğunu, Eldar Mahmudovun nə iş görmək istədiyini, dövlət çevirilişi ilə nəyə sahib olmaq istədikləri əlbəttə ki, prezidentə maraqlıdır. Ancaq bəzi qüvvələr çalışırlar ki, Eldar Mahmudov həyatdan getsin, onun əlində olan kompromatlar açılmasın. O kompromatlar açılsa, çox pis nəticə verəcək. Çünki Eldar Mahmudov sıradan insan deyil. Milli Təhlüəsizlik naziri idi və 11-12 il hakimiyyətin içində olub. Bu baxımdan hansı məmurun hansı işlə məşğul olduğunu yaxşı bilir. Ona  görə də qorxaq və cinayətkar məmurlar çalışırlar ki, Eldar Mahmudovu aradan götürsünlər. Düşünürəm ki, cənab prezident bu məsələnin tam təfsilatı ilə üzə çıxmağını istəyir. Bilirsiniz ki, Eldar Mahmudovla “Beynəlxalq Bankı”n sədri Cahangir Hacıyevlə qohumdular. Təbii ki, hansı nazirə nə qədər pul verilməsi elə-belə olmayıb. Bunlar xahişlə olan məsələlərdir. Ancaq indi onlar aradan çıxmaq istəyirlər. Bunun yeganə yolu isə Eldar Mahmudovun ölümüdür. Ona görə çalışacaqlar ki, Eldar Mahmudov aradan götürülsün. Hafiz Hacıyev: “Bəzi məmurlar var ki, dünyanı tutub qalacaqlarını düşünürlər. Ancaq elə deyil. Onlardan heyf alınmasa da, övladların heyf alınacaq”.Son günlər xəbər yayılıb ki, Eldar Mahmudovun əlində bəzi videolar var. Bilirsinizmi, intim məsələlər indiki hakimiyyətin daxilində olan nazirlər üçün adi haldır. Onlar bu işlə bütün gün məşğul olurlar. Ona görə ölkə bu günə düşüb. Yalançı  rəqəmlərlə milləti aldadırlar, alver getmir, camaat günü-gündən kasıblaşır. Əgər Eldar Mahmudovun dediyi videolar varsa, bu məmurlar üçün gündəlik həyatdır. Daha ciddi məsələlər var ki, kimlər dövlətə xəyanət etmək istəyiblər, kimlər xarici qüvvələrin alətinə çevrilib?! Bu həqiqətlərin üzə çıxması baxımdan mən istərdim ki, Eldar Mahmudov sağ qalsın. Bəzi məmurlar var ki, dünyanı tutub qalacaqlarını düşünürlər. Ancaq elə deyil. Onlardan heyf alınmasa da, övladların heyf alınacaq. Onlar öz balaları üçün çox böyük bədbəxtliyin bünövrəsini qoyurlar. Tarix öz zamanında hər şeyi yerinə qoyacaq. Eldar Mahmudovun əlində olan kompramatlarla cəzadan kənarda qalması üçün yetərli olacağını düşünmürəm. Hər kəs etdiyinin cəzasını çəkəcək. Eldar Mahmudovun əlində olan kompromatlarla dövlət başçısı ondan qorxan, çəkinən deyil. Çünki dövlət başçısının iradəsi ortadadır. Eldar Mahmudov bu gün ev dustaqlığındadır və hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. Ancaq mən istərdim ki, hüquq-mühafizə orqanlarının qərəzsiz şəkildə bu işi aparsınlar. Çünki Eldar Mahmudovdan alınan bəzi məlumatlar dövlət başçısına düzgün çatdırılmır. Buna baxmayaraq, Eldar Mahmudovun törətdiyi cinayətlər cəzadan kənarda qalmayacaq. Əgər Eldar Mahmudovda olan həqiqətlər üzə çıxarsa, hakimiyyəti dırnaqarası idarə edənlərin paxırları açılacaq”.(pia.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler