Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Cahillik bütün facielerin sebebkarıdır”

05 Ağustos 2016

12:08 pm


05/08/2016 [16:06]: xeber –
Millət
vəkili Qənirə Paşayeva Bakı sakini Züleyxa Cəfərovanın 15 yaşlı qızı Ehsanə Cəfərovanı
boğaraq öldürməsi faktına münasibət bildirib. Q.Paşayeva qızın zorlandığı üçün
anası tərəfindən öldürülməsini cahillik kimi dəyərləndirib və cəmiyyətdə
valideyn məsuliyyəti ilə bağlı maarifləndirmə işinin aparılmasının vacibliyini
qeyd edib:

“Xəbəri
oxuyub dəhşətə gəlmişəm. Gənc qızı
zorlayırlar. Qız anadan yardım istəyir. Ana isə qızına yardım etmək, bu cinayəti
törədənlərin cəzasını alması üçün qızının arxasında olmaq yerinə, qızını qəzəblənərək
boğub öldürür və istintaqa deyir ki belə bir biabırçılığa dözə bilməyib, ona
görə də cinayətə əl atıb. Bu dəhşətləri oxuyanda düşünürəm ki ailə, ailə məsuliyyəti,
ata-ana məsuliyyəti ilə bağlı ciddi maariflənmə işlərinin aparılmasına ehtiyac
var. Ana övladına qarşı bu cinayəti törədənlərin cəzalanmasına çalışmaq əvəzinə
övladını cəzalandırır. Allah sənə rəhmət etsin Mirzə Cəlil. Doğurdan da
cahillik bütün faciələrin səbəbkarıdır. Maariflənmə ilə bərabər məktəblərimizdən
başlayaraq hər yerdə psixoloji xidmətlərə ciddi ehtiyac var”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler