Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cahangir Hacıyevin mehkemesi texire salındı

15 Ağustos 2016

9:24 am


15/08/2016 [13:21]: xeber –
10:38 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin məhkəməsi başlayır.Azadlıq.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, cinayət işinə hakim Əfqan Hacıyev sədrlik edəcək. *** Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəsxlərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra prosesin təxirə salındığı elan olunub. Buna səbəb təqsirləndirilən İbrahim Hüseynovun vəkili məhkəməyə gəlməməməsi olub. Proses avqustun 17-nə təxirə salınıb. Qeyd edək ki, C. Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler