Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Cahangir Hacıyevin bacanağına 7 il hebs cezası – 100 milyon dollar menimsediyi üçün…

08 Ekim 2016

7:52 am


08/10/2016 [11:50]: xeber –
Hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin bacanağına hökm oxunub. O, məhkəməsi davam edən C.Hacıyevdən əvvəl dəmir barmaqlıqlar arxasına gönədrilib. Musavat.com-un özəl mənbələrdən əldə etdiyi məlumata görə, sabiq bankirin bacanağı İsmayıl Timuçinoviç Hidayət-Zadə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə məhkəmənin yekunlaşması ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.İsmayıl Timuçinoviç Hidayət-Zadə niyə həbs edilmişdi?İsmayıl Timuçinoviç Hidayət-Zadə “Beynəlxalq Bank işi”nə görə həbs edilən iş adamlarından biri idi. Onlar ötən ilin sonunda “Beynəlxalq Bank işi” əməliyyatı zamanı saxlanılmışdılar. Aralarında məşhur iş adamlarının da olduğu şəxslər bankdan götürdükləri milyonlarla dollar dəyərində krediti geri qaytarmamaqda təqsirləndirilirdilər. İsmayıl Timuçinoviç Hidayət-Zadə də “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru idi və o, zavodun fəaliyyəti adı ilə bankdan külli miqdarda kredit alanlardan olub.İsmayıl Timuçinoviç Hidayət-Zadə ilk olaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Biznesmen Cinayət Məcəlləsinin M-in 178.3.2-ci maddəsi ilə ittiham olunurdu. İstintaq zamanı məlum olmuşdu ki, İ.Hidayətzadəyə rəhbəri olduğu zavodun fəaliyyəti üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit ayrılıb. İstintaq başlayrakən İ.Hidayətzadə istintaqda pulların əvəzinə avadanlıqları təklif etsə də, bununla razılaşmayıblar. İ.Hidayətzadə adına götürülmüş borcları qaytarmaq üçün vaxt istəyib. Onun ölkədən çıxışına qadağa qoyulub və istintaq nəzarətində olaraq pulu qaytarmasına şərait yaradılıb. Amma  uzun zaman keçsə də, bacanaq pulun heç üçdə-birini də toplaya bilməyib. Bundan sonra İ.Hidayətzadə həbs olunub. O, 2008-ci ildən “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru işləyirdi. Xatırladaq ki, 2010-cu ildə adı çəkilən zavodun açılışında prezident İlham Əliyev də iştirak etmişdi. Məlumat üçün bildirək ki, “İntertabakko” MMC Zaqatala, Qax və Şəkidəki tütün qəbulu və qurudulması məntəqələrində siqaret istehsalı üçün xammal məmulatları istehsal edib.  Qeyd edək ki, “Beynəlxalq Bank işi” əməliyyatı sabiq MTN naziri Eldar Mahmudovun dəstəsinin vəzifədən uzaqlaşdırılması ilə başladı. Eldar Mahmudovun qudası olan Cahangir Hacıyevin də bundan sonar qara günləri başladı. Əvvəlcə bankdan adına pul ayrılan iş adamları həbs edildi. Onların bəziləri kreditləri qaytararaq canlarını qurtara bildilər. “Beynəlxalq Bank işi”nə görə adı başda çəkilən Cahangir Hacıyev isə ən sonda həbs edildi.Qeyd edək ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.Sabiq bankirin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilir. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir. Dövlət ittihamçısı Fərid Nağıyev Cahangir Hacıyevin törətdiyi əmməllərə görə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. C.Hacıyev isə son söz üçün məhkəmədən bir həftə vaxt istəyib. Qeyd edək ki, C.Hacıyevlə birlikdə həbs edilən 7 şəxs ümumilikdə bankdan 211 milyon manat pulu mənimsəməkdə təqsirli bilinirlər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler