Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Buzun insan üçün bilmediyimiz faydaları…

28 Ağustos 2016

7:40 am


28/08/2016 [11:39]: xeber –
Yayın ən əsas sərinlədici vasitələrindən olan buzun dəri üçün faydalı xüsusiyyətləri də olduqca çoxdur.Belə ki, buzdan dərinizi gözəlləşdirmək üçün də istifadə edə bilərsiniz. Beləliklə, buzun bilinməyən bir çox faydaları…Makiyajdan əvvəl üzünüzə sürtünMakiyajdan əvvəl dərini makiyaja hazırlamaq çox önəmlidir. Makiyajdan əvvəl üzünüzə biraz buz sürtün, belə olduğu təqdirdə makiyajınız daha uzun müddət qalacaqdır.Dərini sıxlaşdırırBuz məsamələri büzüşdürür və qırışıqlıqları gərərək üzünüzə daha canlı bir görünüş qazandırır. Eyni zamanda qan dövranını nizamlayır və civzə əmələ gəlməsinin qarşısının alınmasına yardımçı olur.Şişmiş gözləri rahatladırƏgər gözləriniz şişibsə, buz qəlibinin içinə yaşıl çay tökün və dondurun. Sonra bu yaşıl çay buzlarını yüngülcə gözlərinizin altına sürtün.Qırmızı ləkələri azaldırYeni bir civzə çıxdığını görmüsünüzsə, qırmızı olan hissəyə buz sürtün. Bu, eyni zamanda civzə izlərini də azaldır.Qaşlarınızı almadan öncə keyləşdirirBuzu qaşlarınızın aldığınız qisimlərinə sürtün və biraz gözləyin. Yüngül bir keyləşmə başladığı zaman qaşlarınızı almanız daha ağrısız olacaqdır.Günəş yanıqlarını rahatladırGünəş yanığı ağrısını yüngülləşdirmək üçün biraz su və biraz aloe vera gelini buz qəlibinə qoyun və dondurun. Sonra buz kublarını bədəninizə sürtün. Bədəninizin nə qədər rahatladığını görəcəksiniz.Dərinizə sağlam parlaqlıq verirİçinə biraz su əlavə etdiyiniz portağal suyunu buz qəlibinə qoyun və dondurun. Buz qəliblərini üzünüzə 1 dəqiqə ərzində sürtün. Bu qarışım həm üzünüzü təmizləyəcək, həm də dərinizə sağlam bir işıltı – parlaqlıq verəcək.(saglamolun.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler