Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Buzovnada yol kesib, bac alan kimlerdir? – FOTOLAR

16 Temmuz 2016

6:24 pm


16/07/2016 [22:22]: xeber –
Buzovnada yolkəsənlər peyda olub. Qaynarinfo.az-ın verdiyi xəbərə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncam və tapşırıqlarına baxmayaraq bir dəstə şəxs Buzovnada dənizə gedən ümumi yolu quldur kimi bağlayaraq, hamıdan pul yığırlar.  Bu durumdan həm obyekt sahibləri, həm də dincəlməyə gələn vətəndaşlar şikayətçidir. Narazı vətəndaşlar nə üçün pul yığıldığını soruşduqda “biz kimk ki, deyiblər yığın, biz də yığırıq” cavabını verirlər. Amma tapşırığı kimdən aldıqlarını açıqlamırlar. Ödənişin əvəzinə israrla çek tələb edən vətəndaşlardan birinə isə  Abdullayev Ramal Talıb oğlunun adına (?) qeydiyyata alınmış və həqiqiliyi şübhə doğuran mədaxil orderi təqdim ediblər. Ümid edirik ki, Xəzər rayonunun icra hakimiyyəti heç olmasa təmsil etdikləri rayonun adına hörmət qoyub, bu “dəniz reketləri”ni yığışdıracaq və barələrində gərəkli hüquqi tədbirlər görəcək. Əlbəttə, əgər bu şəxsləri bura özləri yerləşdirməyibsə… 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler