Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bütün qadınlar sünnet olunmalıdır…” – Şimali Qafqaz müftisinden TƏKLİF

17 Ağustos 2016

2:28 pm


17/08/2016 [18:27]: xeber –
Rusiyanın Dini qurumlarla iş üzrə prezident şurasının üzvü və Şimali Qafqaz müsəlmanlarının Koordinasiya mərkəzinin başçısı İsmayıl Berdiyev bütün qadınları sünnət etməyə çağırıb. O, təklifini “İnterfaks” agentliyinə müsahibəsində səsləndirib. “Bütün qadınları sünnət etmək lazımdır ki, Yer kürəsində əxlaqsızlıq olmasın və şəhvaniyyət azalsın”, – müfti deyib. O, bildirib ki, Dağıstanın bəzi yaşayış məntəqələrində sünnət tətbiq edilir. Eyni zamanda, Berdiyevin sözlərinə görə, islam qadınların sünnətini qadağan edir. “Amma qadınların şəhvaniyyətini azaltmaq lazımdır. Allah qadını uşaqları dünyaya gətirmək və onları tərbiyə etmək üçün yaradıb. Sünnətin bununla heç bir əlaqəsi yoxdur. Qadınlar buna görə uşaq dünyaya gətirməyi dayandırmırlar. Amma əxlaqsızlıq daha az olardı”, – o bildirib. Amma Şimali Qafqazın müftisi sonradan həmin agentliyə açıqlamasında qadınların sünnət edilməsi çağırışından imtina edib. İsmayıl Berdiyev izah edib ki, əxlaqsızlıq problemi haqqında danışırdı: “Mən qadınları sünnət etməyə çağırmıram. İslam buna icazə vermir və bu, sadəcə mümkün deyil. Mən əxlaqsızlıq problemindən danışıram və deyirəm ki, problem mövcuddur, nəsə etmək lazımdır”.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler