Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bütün polis ailelerini xüsusi mühafize altına almaq mümkün deyil”

12 Temmuz 2016

5:40 am


12/07/2016 [09:36]: xeber –
Türkiyənin “Milliyyət” qəzetinin
verdiyi məlumata görə, İŞİD Azərbaycanda polis əməkdaşları və onların ailələrinə
qarşı hücumlar planlaşdırır.

Maraqlıdır, ehtimal edilən
İŞİD təhlükəsindən sığortalanmaq üçün poli ailələrinin xüsusi mühafizə altına
alınması mümkündürmü?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud
Hacıyev bunun mümkün olmadığını qeyd edib:

“Bütün polis ailələrini
xüsusi mühafizə altına almaq mümkün deyil. Çünki ölkədə on minlərlə polis ailəsi
mövcuddur və onların hər birinə mühafizə ayırmaq praktiki baxımdan imkansızdır.
Başqa sözlə desək, bu gün ölkədə təxminən 100 min polis varsa, onların 50 mini
ailəlidir. 50 min ailənin təhlükəsizliyi üçün ayrıca mühafizə ayırmaq
mümkünsüzdür. Bu səbəbdən də, ehtimal edilən İŞİD təhlükəsinə qarşı alternativ
təhlükəsizlik tədbirlərindən istifadə edilməlidir”.

 

Seymur Əliyev

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler