Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bütün ölke deputatın bu iyrenc hereketinden danışır -Seks qalmaqalı

05 Eylül 2016

6:08 am


05/09/2016 [10:07]: xeber –
“The Mirror” qəzeti Böyük Britaniyanın İşçi Parytiyasının üzvü, millət vəkili Keyt Vazın kişi eskotlara seks üçün külli miqdarda pul ödəməsindən yazıb.Qəzetin internet səhifəsində Vazın eskotlara görüşdüyü anları əks etdirən fotolar yayımlanıb.Partiyanın ən nüfuzlu nümayəndələrindən olan Vazın polşalı eskotlarla keçən ay görüşdüyü ehtimal olunur.Qəzet Vazın eskotlarla mesajlarını da dərc edib. Bu mesajlarda 59 yaşlı deputat kişi eskotlardan özləri ilə cinsəl gücü artıran preparatlar gətirmələrini istəyib.Vaz eskotlardan deputat olduğunu gizləyərək, paltaryuyan maşınların satıcısı olduğunu bildirib. Eskot kişilərlə mesajlaşan millət vəkili çox açıq və erotik ifadələr işlətməkdən çəkinməyib.Ailəli və iki uşaq atası olan Vaz 10 ildir narkotik maddələrin verdiyi zərərləri araşdıran bir komitəyə sədrlik edir.Vaz daha öncə verdiyi açıqlamalardan birində pul müqabilində seksual münasibətə girən insanlar barəsində hər hansı hüquqi tədbir görülməsinin vacib olduğunu düşünmədiyini söyləmişdi.1987-ci ilən İşçi Partiyaslında Leicester East bölgısini təmsil edən Vaz qəzetə verdiyi açıqlamada komitə sədrliyindən istefa verdiyini deyib.Partiyanın mətbuat katibi isə yaranmış vəziyyətlə əlaqədar mətbuata açıqlamasında bildirib ki, Vaz partiya daxilində tutduğu mövqeyə partiya tərəfindən təyin edilib və onun barəsində bütün qərarları da partiya verəcək.(Ölkə.Az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler