Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bütün mallara ƏDV-nin şamil edilmesini düzgün hesab etmirem”

24 Haziran 2016

9:16 am


24/06/2016 [13:15]: xeber –
Ölkəyə
gətirilən bütün mallara ƏDV-nin şamil edilməsini düzgün hesab etmirəm. Ona görə də
ölkəyə gətirilən mallarla ƏDV tətbiq edilməsi ilə bağlı məsələyə yenidən
baxılmasını təklif edirəm”.

sayt
 xəbər verir ki, bu fikri millət vəkili
Cavid Qurbanov Vergilər Məcəlləsinə dəyişikliklər məsələsi müzakirə olunan
zaman səsləndirib. Onun sözlərinə görə, məsələ ilə bağlı bir müddət öncə mövqe
səsləndirib.

 “Əgər mümkünsə Vergilər Nazirliyi məsələyə
baxıb dəyişiklik edərsə yaxşı olar. Çünki elə mallar var ki, onlar zərurudir,
ancaq ƏDV-nin əlavə edilməsi bir sıra problemlər yaradır”, – deyə millət vəkili
vurğulayıb.

Xatırladaq
ki, Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri
zaman onlara geri qaytarılacaq. Məcəllənin 165.1.3-cü
maddəsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
Azərbaycan Respublikası ərazisində əlavə dəyər vergisinin qaytarılması
qaydasında satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərindən əldə edilmiş
istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların
ixracından ƏDV sıfır (0) dərəcəsi ilə tutulacaq. Məcəlləyə əlavə edilən
165.3-cü maddəyə görə isə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən
Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler