Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bütün hallarda çıxış qapılarını yarıörtülü saxlamalıyıq”

15 Eylül 2016

1:28 pm


15/09/2016 [17:25]: xeber –
Artıq məlum olduğu kimi Azərbaycanda yeni təhsil ilinin başlaması, ölkə təhsilinin yeni mərhələyə hansı uğurlar, problemlər və perspektivlərlə qədəm qoyması, ümumiyyətlə, təhsiliin mövcud durumu ilə bağlı təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetinə müsahibə verib.Nazir müsahibəsində bir sıra məqamlarla yanaşı, o cümlədən keçid balına da toxunaraq qeyd edib ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qəbul planının ləğvi nəzərdə tutulub.Təhsil eksperti Nadir İsrafilovun məsələyə münasibətini öyrəndik:“Mən də hesab edirəm ki, Nazirin qeyd etdiyi kimi təhsilin dəyər və məqsədi təkcə təhsil alanın imtahan balı ilə ölçülməli deyil. Digər tərəfdən dünya təcrübəsində ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması ilə yanaşı hər istəyənə ali təhsil almaq hüququ verilməsindən də geniş istifadə olunur. Başqa sözlə, ikinci yanaşmaya əsasən hesab edilir ki, təhsil təhsil almaq arzusu olan hər kəs üçün əlçatan olmalıdır. Ancaq burda bir məqam var ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Hesab edirəm ki, bununla bağlı müəyyən problemlər yaşana bilər. Hər halda hesab edirəm ki, qəbul planının aradan götürülməsi müəyyən mənada təhsilin keyfiyyətinin yüksəlməsində müəyyən stimul rolunu oynaya bilər.Bir vaxtlar ölkədə təhsillə bağlı tələb-təklif prinsipi gözlənilirdi. Müstəqillik illərində müəyyən boşluqlarla əlaqədar ali və orta ixtisas müəssisələrinin sayı yağışdan sonrakı göbələk kimi artdı. Biz bu gün bunun açı nəticələrini görürük. Düzdür onların bir qismi bağlandı , müəyyən qismi isə aidiyyatı müəssisələrə birləşdirildi. Bununla belə hələ də ali təhsilli mütəxəssislərin kifayət qədər peşəkarlığa malik olmamamasından vətəcrübəsizliyindən şikayətlənənlər var. Müvafiq işlə təmin olunmaq sahəsində də problemlər yaşanır, Ölkədə diplomlu işsizlər ordusu yaranıb. Qəbul planının ləğvi universitetləri məcbur edə bilər ki, təhsilin səviyyəsini yüksəltsinlər.Yüksək təhsil verən universitetlər isə tələbə problemi yaşamasın. Hər kəs arzulayacaq ki, məhz rəqabətə davamlı universitetdə təhsil alısn. Boş qalan universitetlər isə bağlanmaq təhlükəsi ilə üzləşə bilər. Yəni rəqabət olacaq. İndiki halda qəbul planı ayrı-ayrı ali məktəblərin boş yerlərini doldurmağa xidmət edir. Bununla belə hesab edirəm ki, birinci yanaşma tətbiq edildiyi halda ali məktəblərə dövlət sifarışli ixtisaslarına keçid balı yüksəldilməlidir. Neçə illərdir biz 150 balla ali məktəblərə tələbə qəbul eləmişik. 150 bal klassik beş ballıq qiymətləndirmə şakalasında “ 1” qiymətinə bərabərdir. Keçən ildən bu bal 200 bal müəyyənləşib. Bu da heç də qənaətləndirici göstərici demək deyil. Heç kəsə sirr deyil ki, bu cür balla tələbə qəbul etmək ali məktəblərdə olan ödənişlı boş yerləri doldurmağa xidmət edib. Məncə keçid balı ynaşmasında, ballar qismən də olsa qaldırılmalıdır. Belə olarsa, qəbul planının aradan götürülməsi işin xeyrinə olar. Hesab edirəm ki, bu məsələyə bir mənalı münasibət bildirməyin dərin təhlillərə və obyektiv reallıqların nəzərə alınmasına ehtiyacı var. Çox şey əmək bazarının tələblərindən asılı olacaq. Sadəcə olaraq kəmiyyət və keyfiyyət məsələləri nəzərə alınmalıdır. Hər halda istər ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması, istər hər istəyənə ali təhsil almaq hüququ verilməsi yanaşmalarında ali məktəblərin giriş qapılarını nə qədər geniş açsaq belə, çıxış qapılarını yarıörtülü saxlamalıyıq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler