Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bütün dövletler çökdürülmelidir, hetta ABŞ da..” – İDDİA

24 Temmuz 2016

12:28 pm


24/07/2016 [16:25]: xeber –
Amerikadan başlamış  Türkiyəyə, Türkiyədən Orta Asiyayadək  niyə məhz polislərin qətlə yetirilməsinin sirri açılır…Türkiyədəki son qanlı qiyam olayları  regionda və ümumiyyətlə, planetdə iqtisadi-siyasi düzənə böyük təsir göstərmək gücündədir. Türkiyə dövlətçiliyi növbəti bir təhlükədən qurtardı. Ancaq bu  olaylardan öncəki və sonrakı hadisələri izləsək, görərik ki, dövlət sistemlərinə  son qəsd cəhdləri yalnız Türkiyədə deyil, ABŞ-dan. Avropadan tutmuş Orta Asiyayadək geniş bir məkanı əhatə etməkdədir. Amerikanın Dallas şəhərində  5 polisin qətlindən sonra sanki bütün dünyada növbəti qeyri-sabitlik dalğası başladı. İyulun 14-də Fransanın Nitsa şəhərindəki terakt, 16-da Türkiyədəki  çevriliş təşəbbüsü, ertəsi gün Ermənistan, o biri gün Qazaxıstanda polis bölmələrinə hücumlar… Bütün bunlar təsadüfdurmü? Özü də maraqlıdır ki, əksər olaylarda polislər hədəfə alınır. Amerikada 5, Türkiyədə  41, İrəvanda 1, Qazaxıstanda 3 və s. polis öldürülüb… Maraqlıdır, niyə hər yerdə məhz polislər hədəfə alınır? ABŞ, Fransa, Türkiyə, Ermənistan, Qazaxıstandakı və s. hadisələrin biri-biri ilə bağlılığı nədədir?Əksər dövlətlərin  borclu olduğu adamlar kimlərdir?Bu və digər suallarla adının çəkilməsini istəməyən məxfi ekspert-konspiroloqa müraciət etdik.-Sizcə, Dallasdan tutmuş Ankaraya, Ankaradan Alma-Atıyadək polisə hücumların arxasında nə dayanır?-Öncə onu söyləyim ki,  konspiroloqların yekdil fikrincə, son onilliklərdə dünyadakı xaotik, anlaşılmaz, qanlı olay və proseslər eyni mərkəzlərdən idarə olunur və bir məqsədə yönəldilib: Yeni Dünya Düzəni və Vahid Dünya Dövləti qurmaq.  Bu prosesdə əsas rolu  transmilli  Rotşild və Rokfeller klanları oynayır. Buna inanmaq istəməyənlərə yalnız bri rəqəmi xatırladıram. Son hesablamalara görə, təkcə Rotşildlər ailəsinin dünya üzrə varidatı 300 trilyon dollardan çoxdur… Əgər əlində cəmi bir neçə milyon manat cəmlənmiş adi bir icra başçısı 100 mindən artıq sakini olan bütöv bir rayonu istədiyi kimi “fırlada” bilirsə,  100 trilyonların sahibinin nələr edə biləcəyini təsəvvür etmək  çətin deyil. İkincisi, əksər dövlətlər, eləcə də ABŞ, Rusiya kimi nəhənglər kimə borcludur? 1913-cü ildən bəri  bankları vasitəsilə ABŞ-ı faktiki özəlləşdirmiş Rotşild və Rokfellerlərə.   Bu ilin mart və  mayında 78 yaşlı Qleb Rotşilddən Rusiyadan borcunu öz dili ilə istədi.  Aparıcı KİV-də yayılmış faktı artıq heç kəs dana bilməz. Eyni zamanda o, dünya ölkələrini İkinci Cahan Savaşından bəri bəşəriyyətin  ən dərin böhran dövrünü keçirməsi haqda xəbərdar edərək ehtiyatlı(?!) olmağa səslədi.  Doğrudur, ABŞ Federal Ehtiyat Sisteminə əsas nəzarəti Rokfellerlər həyata keçirib. Amma daha çox maliyyənin Rotşildlərin əlində cəmlənməsi  bu klanı daha güclü edir.  Hər iki klanın məqsədi bütün xalq və dövlətləri çökdürməkdir…Elə dünyadakı hadisələri də bu iki nəhəngin ümumi və  bir-birinə zidd maraqları yönəldir. Hər ikisinin məqsədi  satanizmə, bütpərəstliyə dayanan Vahid Dünya Dövləti qurmaq olsa da, yanaşmalar müxtəlifdir. Rotşildlər daha radikal yol tutubsa, Rokfellerlər nisbətən loyal mövqedədir. Rotşildlərin planına görə planetdəki irili-xırdalı bütün dövlətlər tədricən sarsıdılaraq çökdürülməli və yalnız BMT, BVF, Dünya Bankı və s.  tərəfindən idarə olunan  tam zəiflədilmiş  bəzi yerli  kapital sahiblərinin şəbəkələri qalmalıdır. Sonda diz çökdürülmüş bütün ölkə insanlarının “yalvarışıy”la, “çoxsaylı xahişləriylə” Vahid Dünya Dövləti qurulmalıdır. Rokfeller isə əksinə, dövlətçilik və milli dəyərləri gücləndirərək müxtəlif dövlətləri biri-birinə qarşı qoymaqla, yəni “parçala-hökm sür” prinsipi ilə getmək istəyir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda milli dəyərlərin təbliği ilə paralel, multikulturalizm, tolerantlıq kimi tezislərin ortalığa atılması, bu prosesləri kurasiya edən ayrıca nazirliklərin yaradılması və s. daxili tələbatla yanaşı, həm də deyilənlərin nəticəsidir. Amma son nəticədə Rokfeller və Rotşildlər biri-birinin əlinə oynayır. Yəni, məqsəd birdir- bütün xalqlar əriməli, bütün dövlətlər məhv olmalıdır ki, Vahid Dünya Dövləti qurulsun. Sadəcə, bir yol milli və ya dini dəyərləri həddindən artıq şişirdilməsi, digər yol isə  həddindən aşağı gözdən salınmasıdır. Yəni, İslam təbirincə desək, ifrat və təfrit. Məsələn, ifrat millətçilik, türkçülük, “türkün türkdən başqa dostu yoxdur” kimi şüarlar  da türk xalqlarını məhvə aparır, öz dəyərlərini unudub həddindən artıq avropalaşmaq, kosmopolitləşmək də. Təsəvvür edin ki, bir ölkənin yarısı ifrat milliləşir, digər yarısı isə ifrat kosmopolitləşir. Sonda həmin iki xətt tərəfdarları arasında qarşıdurma baş verməli, bu da xaosa gətirib çıxarmalıdır. Türkiyəni, hətta Avropa ölkələrini də, eləcə də gündən-günə sakinləri aqressivləşən ABŞ-ı da məhz bu yolla xaosa sürükləmək xəttinin yeridilməsi göz qabağındadır. Rotşild və Rokfellerlər ABŞ-dan niyə daşınırlar?Onu da xatırladım ki, son məlumatlarımıza görə, Rotşild və Rokfelerlər ötən ildən bəri öz kapittallarını ABŞ-dan çıxarıb Rusiya və Çinə daşımaqdadırlar.  Bu və son 8 ildə ABŞ-da Obama kimi qeyri-xarizmatik bir liderin hakimiyyətdə olması fonunda Rusiyada V.Putin, Türkiyədə R.T.Ərdoğan kimi güclü liderlərin yetişməsi qlobal güclərin “dünya mərkəzi”nin Amerikadan Avrasiyaya keçirmək planının göstəricisidir. Və onlar bu yayın sonu və payızda Vahid Dünya Dövlətinin yaradılması istiqamətində  həlledici addımlar atmalıdırlar. Türkiyədə və keçmiş sovet məkanındakı xatırlatdığımız son olaylar da bu prosesin simptomlarıdır… Dövlətlərin əsas mühafizəçiləri polis sistemləridir…-Belə çıxır ki, son onilliklərin silsilə çevrilişləri, rəngli inqilabları, “ərəb baharı”, o cümlədən Türkiyədəki son  hərbi qiyam  əsasən Rotşildlərin kurasiyası altında baş verməkdədir?-Elədir.  Öncə dediyim kimi, Rotşildlərin planına görə, bütün dövlətlər hətta ABŞ və Britaniya da çökdürülməlidir. Bunların simptomları artıq sezilməkdədir. “Demokratik”, “avtoritar” adlandırılmasından asılı olmayaraq əksər dövlətlərin əsas mühafizəçisi kimlərdir? Təbii ki, polislər? Odur ki, ilk zərbələr onlara dəyməlidir və dəyir də… Dövləti sarsıtmaq üçün öncə onun polisi, ordusu və təhlükəsizlik sistemi zəiflədilməli, gözdən salınmalıdır. Polislərə hücumlar artıq 90-cı illərdən geniş vüsət almaqdadır. 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı məlum teraktda 54 Amerika polisinin ölməsi dövlətçilik sisteminə qarşı hücumun növbəti ən güclü mərhələsinin başlanğıcıydı. 7  iyulda Amerikanın Dallas şəhərində  qaradərililərin etiraz aksiyalarından sonra baş verən polis qətllərindən isə bu ilki sərt dalğa başlayır.  Maraqlıdır ki, Dallas 1963-cü  ildə ABŞ prezidenti Con Kennedinin bu günədək sirri açılmayan müəmmalı qətlinin baş verdiyi şəhərdir. 2015-2016-cı illərdə ABŞ-da iş başında 120-dən çox polis qətlə yetirilib. İyulun 15-də Nitsadakı terror aktının da  polisin qorumalı olduğu sabitliyin pozulmasına yönəldiyini nəzərə alsaq, bu da polis sisteminə hücum kmi dəyərləndirilə bilər. İyulun 16-da Türkiyədəki dövlət çevrilişi cəhdi zamanı 41 polis şəhid oldu.  İyulun 17-də Ermənistanda, 18-də Qazaxıstanda və s. polis qətlləri  seriyanın davamıdır. Və hələ  bu xəmir çox su aparacaq… Odur ki, bu gün dünyada sabitliyi nisbi də olsa, qoruyub saxlamaq üçün hər bir Adəm övladından istənilən situasiyada təmkin, səbir və ağılla davranmaq tələb olunur…Bu günkü xaos içində qıvrılan İraq yaxşıdır, yoxsa Səddam dövründəki?…-Bəs  xaosun hər tərəfdən üstümüzə sel kimi gəldiyi indiki dövrdə avtoritar rejmlərin, diktatorların idarə etdiyi ölkələrin,  o cümlədən müsəlman ölkələrinin vətəndaşları hansı mövqedə dayanmalıdır?-Bütün səmavi dinlərdə iki şərdən ən zərərsizini seçmək prinsipi var. Hədislərdə deyilir  ki, ölkəni fitnə-fəsadın bürüməsindənsə, zalım hökmdara tabe olmaq yaxşıdır. İraq xalqı üçün bu günkü xaos içində qıvrılan ölkə yaxşıdır, yoxsa Səddam Hüseyn dövründəki? Bu gün  Səddamı amerikanların asmasına şərait yaratmış iraqlıların, Qəddafini vəhşicəsinə, min əzabla qətlə yeturmiş liviyalıların və s. durumu və peşimançılığı göz önündədir…Sultan Laçın




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler