Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bütün cinayetlerin Akif Çovdarovun üzerinde fokuslaşdırılması gülüncdür”

16 Eylül 2016

11:00 am


16/09/2016 [14:58]: xeber –
Sabiq MTN generalı Akif Çovdarovla bağlı məhkəmə prosesinə hazırlıq həyata
keçirilməkdədir. Çovdarova qarşı irəli sürülən rəsmi ittihamları, o cümlədən
ölkə mətbuatının bütünlüklə onun üzərində dayandığını nəzərə alsaq, MTN-də baş
verən bütün cinayətlərin onun üzərində fokuslaşdırıldığını görmək olar.

Maraqlıdır, MTN-də törədilən ən müxtəlif cinayətlərə görə yalnız
A.Çovdarovun məsul tutulması, bu cinayətlərə görə ən böyük hesabın ona kəsilməsi
nə dərəcədə doğrudur?

sayt-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov
bütün cinayətləri yalnız A.Çovdarovun ayağına yazmağın məntiqli olmadığını qeyd
edib:

“Dövlətin bel sütünü olması gərəkən MTN-nin cinayətkarlıq yuvasına
çevrildiyi hamıya bəllidir. Ola bilməz ki, MTN-də baş  verən hadisələrin başında Çovdarov durmuş
olsun. Bu, hər kəsdə gülüş doğuracaq bir yanaşma olar. Eldar Mahmudov başda
olmaqla ondan daha yüksək çinli çinovniklərin bir çoxunun bu cinayətlərə bağlı
məlumatlı olması, bu cinayətlərə “dobro” verməsi şübhəsizdir. Lakin bu gün cəmi
bir neçə general həbs olunub. Məlumdur ki, hakimiyyətdəkilər məsuliyyətə cəlb
edilənlərin dairəsinin genişləndirilməsini istəmir. Çalışılır ki, törədilən
cinayətlərlə bağlı ictimaiyyət mümkün qədər az məlumat əldə etsin.

A.Çovdarovun işinin açıq şəkildə, böyük bir zalda keçirilməsinə ehtiyac
var. Elə etmək lazımdır ki, bu məhkəmə prosesində iştirak etmək istəyən hər kəs
prosesi izləyə bilsin, proses mümkün qədər şəffaf keçirilsin”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler