Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bürc meselesinde cefengiyat çoxdu” – ELMİ AÇIQLAMA

08 Eylül 2016

11:24 am


08/09/2016 [15:23]: xeber –
Dünən Amerika Kosmik agentliyi olan NASA-ya istinadən yayılan yanlış informasiyalarda bürclərin tarixinin dəyişməsi və yeni, 13-cü bürcün varlığı haqqında məlumat verilirdi. Məlumatlar Azərbaycan cəmiyyətində az qala rezonansla qarşılandı. Məsələnin bir tərəfi də cəmiyyətin bürc kimi faktorlara bu qədər ciddi önəm verməsi, yəni problemin sosial-fəlsəfi yönüdür. Filosof Müşfiq Şükürov sayt saytına açıqlamasında insanların bürclərə inanmaqla özlərini nə dərəcədə aldatması probleminə toxunub. Onun sözlərinə görə, bu kimi məsələlərə meyl etmək insanları azadlıq və məsuliyyətdən uzaqlaşdırır:“Bu cür məsələlərdə cəfəngiyat çoxdu. Amma dərin psixoloji biliklərə də rast gəlmək mümkündü. Min illərin müşahidəsindən yaranıb. İnsan hər zaman  özünü anlamağa çalışıb. Mən də bir vaxtlar bu barədə maraqlanmışam, oxumuşam. Amma heç zaman əsiri olmamışam. İnsan öz taleyini özü yaradır, ulduzlar yox. Bu da dini qismətçilik kimi bir şeydir: İnsanları azadlıq və məsuliyyətindən uzaqlaşdırır”.Fəlsəfə institutunun əməkdaşı buna rəğmən dünyanın intellektual cəhətdən inkişaf etmiş cəmiyyətlərində də bu kimi mövzuların böyük marağa səbəb olduğunu qeyd edir:“Vallah, bu elə informasiyadır ki, istənilən cəmiyyət buna reaksiya verəcək. Zodiaklarla hamı maraqlanır. Düzdür, ulduz fallarının vətəni Şərqdir. Amma almanlar da, fransızlar da bununla maraqlanırlar”. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler