Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bunun teşkilatçıları sert cezalandırılmalıdır” – Ramiz Mehdiyev

28 Ekim 2016

10:04 am


28/10/2016 [14:02]: xeber –
“Bu gün bizim kiçik Yer planetimizin dünya miqyaslı fəlakətlər təhlükəsi qarşısında getdikcə daha aciz qaldığı bir vaxtda “sivilizasiyalılıq” anlayışı ilk növbədə ayrı-ayrı insanlar və bütöv dövlətlər arasında ziddiyyətlərin və münaqişələrin zor işlətmədən dincliklə “aradan qaldırılması” deməkdir ki, bu da dünyanın yenidən qurulmasına məsuliyyət daşıyan qloballaşma anlayışına immanentdir”.Bunu Prezident Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyev “V Bakı Beynəlxalq Humanitar Forumu cəmiyyətin hansı istiqamətdə hərəkət etdiyini anlamağa imkan verən dünya miqyaslı məkandır” adlı məqaləsində qeyd edib. Akademik bildirib ki, güc vasitələri ilə yalnız müvəqqəti əmin-amanlıq xülyası yarada bilir: “Axı məişətdə olduğu kimi, dünya siyasətində də qarşılıqlı təhdidlər strategiyasının faydasız olduğunu həyatın özü sübuta yetirir. Bununla belə, qloballaşma çoxlarının təsəvvür etdiyi kimi özbaşınalığı deyil, əksinə azadlığı, ictimai münasibətləri tənzimləyən vəzifələri, mənəviyyat qanunlarına hörməti nəzərdə tutur. Sonra qarşılıqlı məsuliyyət prinsipi gəlir. Postsovet məkanında bu prinsip son dərəcə aktual olub; müstəqil dövlətlərin yaranması, transformasiyaya uğrayan tarixi gerçəkliklər, birqütblü dünyanın inkişafı həyatın praktik olaraq bütün sahələrində yenilənmiş yanaşma və qərarları təkidlə tələb edib.Bu fonda millətlərarası nifrətin qızışdırılması (təəssüf ki, biz onun “böyük Ermənistan” versiyası ilə bilavasitə qarşılaşmalı olmuşuq) bəşəriyyətin qloballaşma erasına daxil olmasına, yəqin ki, ən böyük təhlükədir. Barbar münasibət, insanların bir-birini kütləvi qırması dünya birliyi tərəfindən birmənalı şəkildə mənfi qiymətləndirilir və beynəlxalq normalara görə, bunun təşkilatçıları haqlı və sərt cəzalandırılmalıdır. Əgər bu cəza öz hədəfinə çatmayıbsa (ermənilərin Azərbaycan ərazilərinə təcavüzü nümunəsində olduğu kimi) ümid ona qalır ki, bu, yalnız zaman məsələsidir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler