Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bunun adı riyakarlıqdır!”

18 Ekim 2016

7:40 pm


18/10/2016 [23:37]: xeber –
“ABŞ-ın dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Azərbaycan və Ermənistan rəhbərləri sülhə hazır deyillər” fikiri birbaşa Ermənistanın milli maraqlarına xidmətdir. Con Kerri ermənipərəst mövqeyi ilə seçilən konqresmen olub. Yəni Con Kerri erməni lobbisinin nəzarətində olan siyasətçidir. Azərbaycan ilə Ermənistan arasında münaqişə başlayandan bəri Con Kerri ermənilərin tərəfində olub. O, bu bəyanatı ilə birbaşa və açıq şəkildə işğalçı Ermənistanı dəstəklədiyini sübut etdi. Biz bir vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq Con Kerrinin bu möqeyini qətiyyətlə pisləyirik”Bu acıqlamanı Bələdiyyələrin İnkişafına Yardım ictimai birliyin sədri Niyaməddin Orduxanlı sayt saytına acıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanı işğalçı Ermənistanla bərabərləşdirmək heç bir əxlaqa və mənəviyyata sığmır: “Con Kerri və digər bu kimi şəxslər erməni lobbisinin maliyyələşdirdiyi və himayə etdiyi siyasətçilərdir. Bu cür siyasətçilər erməni lobbisindən aldıqları pulun müqabilində işğalçı Ermənistana xidmət göstərirlər. Erməni diasporası bunlara yaxşı maliyyə ayırır. Söhbət milyonlarla dollardan gedir. Buna görədir ki, Con Kerri ermənilərə qulluq göstərir.”Niyaməddin Orduxanlı Azərbaycanda fəaliyyət göstərən QHT rəhbərlərini ABŞ dövlət katibinin bəyanatına cavab verməməkdə və susmaqda qınadı: “Çox təəssüf ki, Con Kerrinin bu bəyanatına vətəndaş cəmiyyətinin nümayəndələrinin böyük əksəriyyəti susdu. Yalnız Sahib Məmmədov, Azər Həsrət və Cingiz Bayramov istisna olmaqla. Bu şəxslər hər zaman dövlətin və milli maraqları öndə tuturlar. Sahib Məmmədov, Azər Həsrət və Əhməd Şahidov ATƏT bütün tədbirlərində dövlətin və millətin maraqlarından çıxış edirlər. Susmurlar, canlarını qoyurlar. Ancaq baxın, görün ölkədə nə qədər QHT sədrləri var. Və bunların əksəriyyəti özlərini müstəqil və ya dövlətin milli maraqlarını qoruyan QHT kimi göstərirlər. Bu QHT- lər ancaq öz maraqlarını düşünürlər. Hakimiyyətin yanında özlərini “hakimiyyətin dostu” və ya “müdafiə edən” kimi, həmçinin də beylnəlxalq təşkilatların yanında “müstəqil”, səfirliklərin yanında isə, “demokrat” kimi göstərirlər. Elələri də var ki, 3-4 qurumun rəhbəridir. Ancaq dövlətin maraqları gələndə gözə dəymirlər, aradan çıxırlar. Niyə?! Hamı ilə yaxşı olmaq siyasəti aparırlar. Bu adamları şiddətlə qınayıram! Məncə, bunun adı riyakarlıqdır! Çox məşhur bir deyim var:  “Möqeyini bildir!” Bəli, milli maraqlar olan yerdə şəxsi maraqlar geri çəkilməlidir. Qorxmayın! Con Kerrinin ermənipərəst olmasını və onun verdiyi bəyanatın Azərbaycan istimaiyyəti tərəfindən qəzəblə qarşılandığını səsləndirin!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler