Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bunu da etmeseler, onda Şura lazımsız qurum olacaq” – EKSPERT

19 Temmuz 2016

11:24 am


19/07/2016 [15:23]: xeber –
Xəbər verdiyimiz kimi bir neçə gün bundan öncə Azərbaycanda Maliyyə Sabitliyi Şöbəsi yaradılıb. Maraqlıdır, bu qurumun yaradılması hansı zərurətdən doğub? sayt – a açıqlama verən Mərkəzi Bankın qanunvericilik şöbəsinin eks-rəisi, iqtisadçı ekspert Əkrəm Həsənov bu barədə danışıb: “Qurumun tərkibinə Nazirlər Kabinetinin iqtisadi blokuna daxil olan şəxslər daxil edilib. Bu baxımdan aydın deyil ki, niyə bu səlahiyyətləri kabinet daxilində həll edə bilmirlər. Hər bir halda maliyyə sabitliyi məsələsinə diqqət yaxşı haldır, çünki maliyyə sektorumuz çox ağır durumdadır. Qoyulan vəzifələrə şura daxilində nail oluna biləcəksə, təki belə olsun. Amma ilkin araşdırmaya çox az vaxt verilib: 1 ay. Bu gün Şuranın 3 üzvünə məktub yazmışam. İndi görək təkliflərim qəbul olunub reallaşdırılacaqmı. Bunu (təkliflərim çox sadədir və qəbul olunmaması təəccüblü olardı) da etməsələr, onda Şura lazımsız qurum olacaq.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler