Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bunu bütün Azerbaycan bilmelidir” – İlham Əliyev şemkirliler haqda…

12 Eylül 2016

8:52 pm


13/09/2016 [00:52]: xeber –
Mətbuatda Milli Qəhrəman, N saylı Hərbi hissənin komandiri general-leytenant Rövşən Əkbərovun erməniləri qıcıqlandıran bir açıqlaması ilgi ilə qarşılanıb və aprel döyüşlərindəki ruh yüksəkliyinin təsirindən çıxmayan cəmiyyət növbəti dəfə işğalçıya qulaqburması veriləcəyi qisas gününü gözləyir.Təbii ki, ordumuz aprel döyüşlərində nəyə qadir olduğunu göstərdi və istər texnika, istər istehkam qurğuları, istərsə də canlı qüvvə sarıdan ermənilərə meydan oxuduğunu ortaya qoydu. Xüsusən Rusiyanın özündə belə olmayan müasir silahlar, texniki vasitələr əldə edən Azərbaycan silahlı qüvvələrinin ermənilərin canına vəlvələ salması onu iddia etməyə əsas verir ki, işğalçıya haqq etdiyi son və qəti zərbəni vurmağa qadirik.Amma sayt Birinci Qarabağ Savaşındakı real durumu çılpaqlığı ilə ortaya qoyan bir videomaterial əldə edib və orada hər cür hazırlıqlı işğalçı ordu ilə burun-buruna dayanan əsgər və zabitlərimizin geyimindən tutmuş silahlarına qədər necə acınacaqlı durumda olduğu həmin görüntülərdə aydın nəzərə çarpır. Bu videonu izlədikcə o illərdə ermənilərlə mərdliklə vuruşan insanlarımızın qəhrəmanlığına heyrətlənməmək olmur.  Həmin görüntülər 93-cü ilin 21 avqustunda Gədəbəyin Ermənistanla sərhəddə döyüşən əsgərlər olan mövqelərə aiddir. Maraqlıdır ki, avqustun 11 – də Şəmkir rayonuna icra başçısı təyin olunmuş Aslan Aslanov 10 gündən sonra əsgərlərə həmin dövrün qiymətləri ilə astronmik rəqmlərlə ifadə olunan geyim, ərzaq aparır və sonradan ərazidəki hərbi birliklərimizin döyüş  texnikası ilə təminatında böyük işlər görür. Yəni büdcəsində siçan oynayan, hərbiyə ayırmağa vəsait tapmayan bir dövlətin ordusuna sahib çıxmaqdan söhbət gedir. Bu gün bu kadrlara baxanda adamın heç inanmğı gəlmir ki, bir zamanlar əsgərlərimiz icra başçılarının səxavətinə və mərhəmətinə möhtac idi. Təbii ki, bununla Aslan Aslanovun xidmətlərinə və icra başçısı işlədiyi dönəmdə Qərb bölgəsində yerləşən silahlı qüvvələrimizə göstərdiyi dəstəyə kölgə salmaq niyyətimiz yoxdur. Sadəcə ordumuzun istər ərzaq və geyim, istərsə də silahlanma ilə təminatında haradan haraya gəldiyimizi müqayisə etmək üçün bu videomateril unikal vasitə hesab oluna bilər.Yeri gəlmişkən, prezident İlham Əliyev də 2004 – cü ildə dövlət başçısı kimi Şəmkirə ilk səfərində şəmkirlilərin Birinci Qarabağ Savaşında göstərdikləri xidməti də xüsusi qeyd edərək bunları deyib:“Siz bütün dövrlərdə Azərbaycanın dövlətçiliyinə xidmət etmisiniz. Azərbaycanımızın, müstəqil dövlətimizin güclənməsi üçün lazım olan hər şeyi etmisiniz. Azərbaycan üçün ən çətin dövrlərdə şəmkirlilər dövlətçiliyimizə arxa və dayaq olmuşlar. Bunu bütün Azərbaycan bilməlidir”.Təbii ki, bütün Azərbaycan həm də bunu bilməlidir ki, indinin özündə də ordumuza ayrılan vəsait Ermənistanın bütövlükdə dövlət büdcəsindən artıq olsa belə silahlı qüvvələr yalnız xalqla bir olanda və “hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarına köklənəndə işğala son qulacaq. Aprel hadisələri xalqımızın bu birliyinin, bu vəhdətinin şahidi oldu. İndi qalır bu vəhdəti qələbəyə çatdırmaq…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler