Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bunları et, siqaretin tesirinden xilas ol…

31 Temmuz 2016

2:04 pm


31/07/2016 [18:00]: xeber –

XVIII əsrdə Amerika
Qitəsindən İspaniya yoluyla Avropaya gəldiyi məlum olan və asılılığı günümüzdə
çox yayılmış siqaretinin insan sağlamlığına verdiyi zərərlər saymaqla bitmir.

Uzun illər ərzində
istehlak edilən siqaretinin bədəni ağır nikotin təbəqəsi ilə birliktə ələ
keçirdiyini qeyd edən mütəxəssislər orqanizmi təmizləmənin yolunun bəzi qida
maddələrindən keçdiyini bildiriblər.

Mütəxəssislər
sağlamlığa ciddi şəkildə mənfi təsir edən siqaretinin zərərlərini bəzi qida
maddələri ilə təmizləməyin mümkün olduğunu açıqlayıblar: “İllərlə tütün məhsulu
istifadə edib tərgidən adamlar orqanizmini nikotindən təmizləmək istəsə, bunu bəzi
qidalarla bacara bilər”.

sayt orqanizmdən
nikotini təmizləməkdə faydalı olan həmin qidaları təqdim edir.

 

Gicitkan otu:
Tərkibində bol miqdarda dəmir mineralı və dezinfeksiya edici xüsusiyyətli maddə
olan gicitkan otu sayəsində bədəndə və ağciyərlərdə toplanan nikotindən xilas
ola bilərsiniz.

Kivi:
Nikotinin bədəndən atılmasını təmin edir və bol miqdarda vitamin deposudur.
Bundan başqa, enerjili və gümrah olmağınızı təmin edir.Zəncəfil:
Antioksidantlar siyahısının başında yer alan zəncəfil də ağciyərlərin təmizlənməsinə
kömək edir. Bu səbəbdən zəncəfil çayı içib siqaret istəyini azaltma qərarınızda
daha əmin addımlar ata bilərsiniz.

 

Yerkökü:
Siqaret çəkdiyiniz zaman siqaretdəki nikotinin orqanizminizdə 3 gün qaldığını
unutmayın. Dəriyə zərər verən nikotinin bu təsirinə qarşı yerkökü suyu içə bilərsiniz.
Vitaminlərlə zəngin olan yerkökü suyu dərinin özünü yenilənməsini və nikotindən
təmizlənməsini təmin edir.

 Su: Siqareti tərgitdikdən
sonra metabolizma zəifləyir. Bunu aradan qaldırmaq üçün hər gün nizamlı şəkildə
2,5 litr su içmək məsləhət görülür. Su orqanizmdəki zəhərli maddələrin atılması
üçün çox əhəmiyyətlidir. Bədən susuz qaldıqda hüceyrələrin yenilənməsi və
nikotinin təsirlərinin azalması çətinləşir.

Mütəxəssislər
onu da bildiriblər ki, siqareti atanlar yüksək kalorili yeməklərdən daha çox
yüngül yeməklərə üstünlük verməldir. Siqareti atanlara çay, kafe təklif edilməməlidir.
Çünki bu içkilərin yanında orqanizm siqaret ehtiyacı hiss edər.

Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler