Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bunları edin, derhal arıqlayın

07 Temmuz 2016

9:36 am


07/07/2016 [13:35]: xeber –

 

sayt
Ramazan ayından sonra metobolizmanı sürətləndirmək üçün 5 dəyərli məsləhəti təqdim
edir.

 

1. Gündə 3
saatdan artıq ac qalmayın.

2.
Oyandıqdan sonra bir saat ərzində yemək yeyin.

3. Ara
saatlarda yaşıl çay və qəhvə için.

4. Az
miqdarda da olsa tez-tez ət, toyuq, balıq kimi zülallara yer verin.

5. Ara vaxtlarda
süd, qatıq, ayran kimi süd məhsulları qəbul edin.

        Bəzi yağlar
metabolizmanı sürətləndirir. Bəli, səhv oxumadınız. Qidalanmaya bəzi yağları
daxil etməyiniz daha sağlam görünüşə nail  olmağınıza köməkçi olacaq.

Balıq və meyvə
qurusunda, bəzi toxumlarda olan çoxlu miqdarda doymamış yağ turşularının mütəmadi
olaraq qəbul edilməsi metabolizmanı daha sürətləndirir. Bu, Almaniyada aparılan
bir elmi tədqiqatda sübut edilib.

 Süd
məhsulları çəki atmağa yaxşı kömək edir. Kalsium mineralının kifayət miqdarda qəbulu
orqanizmdə toplanmış yağların parçalanmasına təsir edir.  Bunun üçün gündəlik qida rasionuna 2 stəkan süd
və ya qatıq əlavə etmək məsləhət görülür.

 

Tünd rəngli
üzüm yağ yandırmağa əla kömək edir. Tərkibindəki resveratrol adlı antioksidant
insulinin artma riskini azaldır və idmana dayanıqlığı artırır.  

 

Yuxu
rejiminə mütləq diqqət etmək lazımdır. Gündə 5 saatdan az yatmaq 300 kaloridən
çox qida qəbuluna bərabərdir. Aparılan araşdırmalar zamanı gün ərzində 8 saat
yatanların gündə 5 saat yatanlara nisbətən 56 faiz çox piy itirdikləri müəyyən
edilib.

Hər
qidalanma zamanı mütləq zülal qəbul etmək lazımdır. Zülallı yeməklərin həzm
müddəti digər qidalara nisbətən daha çox olduğundan termik təsir adlanan enerji
itkisini artırır. Hər yeməkdə süd və ət məhsullarına az miqdarda olsa belə
üstünlük vermək daha zərif görünüşə qovuşmağınızı asanlaşdırar.

 

Qəhvənin
tərkibindəki kofeinin metabolizmanı sürətləndirdiyi məlumdur. Həmçinin son
dövrdə görülən işlərdə, məşqdən 30 dəqiqə əvvəl içilən qəhvənin məşq zamanı yağ
yandırmanı artırdığı müəyyən edilib. 
İstirahət zamanı da az südlü şəkərsiz bir qəhvə içmək metabolizmanı
sürətləndirər. Ancaq gündə 300 mq-dan, maksimum 3 fincandan artıq qəhvə içmək
isə olduqca zərərlidir.

Yaşıl çayın
tərkibindəki polifenollerin və kofeinin təsiri ilə mütobolizmanı
sürətləndirdiyini bilirik. Vaxt itirmədən gün ərzində 1-2 stəkan yaş çay içmək
məsləhət görülür. Amerikada aparılan bir elmi araşdırmanın nəticələrinə görə,
yaşıl çayı mütəmadi qəbul etdikdə metobolizmanı gün ərzində orta hesabla 4 faiz
artırır. Aparılan başqa bir araşdırmada da mütəmadi olaraq yaşıl çay içənlərin orta
hesabla 3.3 kq daha çox çəki itirdiyi məlum olub. Aparılan
elmi araşdırmalarda soyuq suyun metabolizmanı sürətləndirən  elementlərdən biri olduğu sübut olunub. Suyun
metabolizmaya birbaşa təsiri olmasa da, bədən su itirdiyi zaman metabolizma da zəifləyir.
Soyuq suyun isə isti və ilıq suya görə metabolizmaya daha çox təsiri vardır.Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler