Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Buna göre xarici teşkilatlardan maliyye alırlar”

11 Eylül 2016

5:00 pm


11/09/2016 [20:58]: xeber –
Bu gün Bakıda mitinq keçirənlər buna görə xarici təşkilatlardan maliyyə alırlar. Bunu Trend-ə millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib. O qeyd edib: “Milli Şuranın mitinqinə bu quruma daxil olan partiya rəhbərlərinin qohum-əqrəbası yığışıb. Onlar mitinq keçirməklə dövlətə və xalqa kəskin münasibətlərini bildirirlər”. S.Novruzovun sözlərinə görə, onlar xarici təşkilatlara göstərmək istəyirlər ki, Azərbaycanda etiraz var: “Və buna görə həmin təşkilatlardan maliyyə alırlar”. Qeyd edək ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler