Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Buna en çox Cavad xanın, Resulzadenin, Elçibeyin haqqı çatır”

16 Ekim 2016

11:48 am


16/10/2016 [15:46]: xeber –
Azərbaycan milli
valyutası üzərinə tarixi şəxsiyyətlərin şəkillərinin vurulması son günlərin ən
çox müzakirə edilən məsələlərindəndir. Maraqlıdır, hansı tarixi şəxsiyyətlərimizin
şəklinin milli valyutamız üzərində əks olunması daha məqsədəuyğun və ədalətli
olardı?

sayt-a açıqlama
verən yazıçı-publisist Mehriban Vəzir bəzi tarixi şəxsiyyətlərin buna daha çox
haqqı olduğunu vurğuladı:

“Adətən siyasi tarixdə,
dövlətçilik tarixində həlledici simaların şəkilləri milli valyuta üzərinə
vurulur. Azərbaycan tarixində böyük rolu olan şəxsiyyətlər, dövlət adamları
olub. Onlardan biri Şah İsmayıl Xətaidir. Ruslara qarşı sona qədər müqavimət
göstərən Cavad xan, həlledici bir dönəmdə Azərbaycana müstəqillik qazandıran Məmməd
Əmin Rəsulzadə, Azərbaycan Cümhuriyyətinin ikinci banisi olan Əbülfəz Elçibəy və
bu kimi adamların buna daha çox haqqı çatır. Lakin düzünü deyim ki, belə bir
yeniliyin indiki dönəmdə baş verəcəyini o qədər də gözləmirəm. Ancaq bu, bir
gün hökmən olacaq”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler