Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Büdcenin tehlükesizlik yastığı boşalır”

02 Ekim 2016

10:20 am


02/10/2016 [14:18]: xeber –
Tanınmış iqtisadçı ekspert Məhəmməd Talıblı özünün facebook səhifəsində həyəcan təbili çalan status paylaşıb. Həmin statusu oxucularına təqdim edirik:Növbəti ilin dövlət büdcəsinə Neft Fondundan götürülən vəsaitin məbləği 6,1 milyard manat olacaq. Bu məbləğ cari ilin dövlət büdcəsinə ediləcək transfert 7 milyard 615 milyon manatdan təxminən 1,5 milyard manat azdır. Deməli, NF-dan dövlət büdcəsinə ediləəck transfertin nisbətində 20 faiz azalma baş verəcək. Düzdür, bunu bəzi rəsmilər büdcənin neftsiz ayaq üstə durmasına hazırlıq və asıllığın azalmasının bir məqsədyönlü siyasəti kimi xarakteriza etmək istəyir. Amma mən bununla razı ola bilmirəm. Səbəbi izah etməyə çalışacam. Əvvəla, nəzərə alaq ki, təxminən 16 mlrd. (15,995 mlrd.) büdcənin 6,1 mlrd.manatının büdcənin heç bir səmərli olmayan fiskal siyasəti hesabına təmin edilməsi az deyil. Çünki, bu məbləğ büdcə gəlirlərinin 38,1 faizi deməkdir. Bu isə o deməkdir ki, NF-suz dövlət büdcəsi özünün gəlirinin ən yaxşı halda yalnız 62 faizini təmin edə bilir. Bu isə kənar dəstək olmadan büdcə dayanıqlığı modelinə uyğun gəlmir.İkincisi, əvvəlki illər ekskursiya etməyə gərək var. 2003-cü ildə dövlət büdcəsinə NF-dan cəmi 100 milyon manat səviyyəsində, 2008-ci ildə 3,8 milyard manat və nəhayət 2014-cü ildə 9 milyard 337 milyon manat səviyyəsində transfert edilmişdi. 2001-ci ildən başlayaraq ötən ilə qədər NF özünün gəlirlərinin 91 faizini dövlət büdcəsinə köçürməklə onun kəsr risklərinin aradan qaldırılmasını kompensasiya edib. Demək, növbəti ildəki məbləğ ötən illə müqayisədə azalma kimi görünsədə, amma NF-nun yenicə yarandığı vaxtlarla müqayisədə 60 dəfə böyük həcmdə vəsaitin köçürülməsinə nail olur və NF-nun gəlirlərinin büdcə vasitəsilə xərclənməsindən yararlana bilib. Üçüncüsü, növbəti ildə NF-nun özünün gəlirlərinin azalması fonunda dövlət büdcəsinə köçürmələrdə də qənaət etməyə məcbur olacaq. Bu məqsədli olaraq tranfertlərin limitləşmə siyasətinin məntiqi davamı yox, NF-nun özünün gəlir mənbələrinin azalması ilə bağlıdır. Necə deyərlər, çoxdan çox verirdi, indi də azdan az verəcək. Başqa sözlə NF-u əvvəlki illərdə dövlət büdcəsinin “təhlükəsizlik yastığı” idisə, indi onun özünün qəza keçirdiyindən “havası” boşalıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler