Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Budapeştde ermeni yalanlarını ifşa eden senedli filmin teqdimatı oldu

17 Eylül 2016

4:16 pm


17/09/2016 [20:14]: xeber –
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filminin təqdimat mərasimi keçirilib. Film Qərb və erməni alimlərine istinadlar, ilkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilib.”Tarixi həqiqətin izi ilə” adlı silsilədə birləşdirilən iki filmin birincisi “İlk xristian ölkəsinin izi ilə” adlanır və ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları barəsində mifi tutarlı arqument və faktlarla təkzib edir. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir. “İrəvanda azərbaycançılığın izi ilə” adlanan ikinci kinolentin saundtrekini bu film üçün xüsusi hazırlanmış “İrəvan” repi təşkil edir. Burada Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olması, burada türk-İslam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğu barədə bəhs olunur. Film ingilis və rus dillərində hazırlanıb, bu da maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır. Təqdimat mərasimində Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, macar və azərbaycanlı tələbələr iştirak ediblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler