Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, yoldaşımla menim sirrimdir” Afaq Beşirqızı

15 Ağustos 2016

1:56 pm


15/08/2016 [17:55]: xeber –
Bu gün “Şöhrət” ordenli xalq artisti Afaq Bəşirqızı doğum gününü qeyd edir. Aktrisa Teleqraf.com-a açıqlamasında Bakıda olduğunu və bu günü ailəsiylə birgə keçirdiyini deyib: “Artıq doğum günümü ailəmlə birgə keçirməyə başlamışıq. Bakıdayıq”. Xalqın sevimlisi, aktyor Bəşir Səfəroğlunun qızı olması ilə hər zaman fəxr edən Afaq xanım vaxtilə atasının bu günə həssas yanaşdığını deyib: “Valideyn uşağı necə təbrik edir? Bir hədiyyə, bir öpüş, bir nəvaziş, xoş sözlə… Bəşir də məni elə təbrik edirdi”. Xalq artisti həmçinin ən sevdiyi hədiyyədən də danışıb: “Hədiyyəsiz doğum günü olmur. Ən çox sevdiyim hədiyyəni bir yoldaşım bilir, bir də mən. Çünki mənim xoşladığım hədiyyəni hər il o mənə verir. Ona görə də o bizim ikimizin arasında sirdir”. Afaq Bəşirqızı 1955-ci ildə Bakıda dünyaya göz açıb. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb, 1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında davam edib. O teatrda aparıcı rolları ifa edərək şöhrət qazanıb.  Geniş tamaşaçı kütləsinə onu tanıdan rolu isə “Bəxt üzüyü” tamaşasında və filmində yaratdığı Söylü obrazı olub. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və işlədiyi ilk gündən tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. Səhhəti ilə əlaqədar olaraq teatrdakı fəaliyyətinə ara verən aktrisa yeni mövsümdə yeni rollarla tamaşaçıların qarşısına çıxacaq. Həmçinin aktrisa bu il ekranlara çıxması gözlənilən “Azərbaycanfilm”in istehsalı olan “Həddindən artıq uyğunluq” filmində baş rolu canlandırır.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler