Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu yazım hem de tehsil nazirimize müracietdir…

13 Temmuz 2016
ekindex
9:56 am


13/07/2016 [13:55]: xeber –
Adətimdir. Bir qayda olaraq təhsil sahəsində inkişaf etmək istəyənlərə mümkün olan yardımdan imtina etmirəm. Özü də bu yardımları həmişə təmənnasız etmişəm və etməyə də davam edəcəyəm. Olur ki, bəzən müəllimlər, hətta tanımadığım şagirdlər, jurnalistlər müraciət edir. Vaxtım olduqca əl tutmağa çalışıram. Çox sevinirəm ki, kiməsə faydam toxunur. Buna görə də çevrəm çox genişdir, ölkənin hər tərəfində çoxsaylı və vəfalı dostlarım, tanışlarım var. Amma harda ki, sui-istifadə, bir əliəyrilik gördüm, dərhal və kəskin reaksiya verirəm, həmin adamla ünsiyyəti kəsirəm.Bir neçə ay öncə də belə bir hal yaşandı. İş yoldaşlarımdan biri bir yazı gətirib xahiş etdi ki, onun qəzetlərdən birində dərcinə yardım edim. Dedim, problem deyil, gətir baxım, tanış qəzetlərdən birindən xahiş edərəm, çap olunar.Yazıya baxdım, gözüm kəlləmə çıxdı. Aytac Rzayeva adında tanımadığım bir müəllifin “yazısıydı”. Tanış gəlirdi. Araşdırdım. İllər öncə məhz özümün yazdığım yazı idi. Dərs nümunəsi. Bu Aytac o yazını mənim əlimlə qəzetlərdə dərc etdirmək istəyirmiş. Düzdür, o, şəxsən mənə müraciət etməmişdi. Sadəcə vasitəçi bilməyərəkdən mənə müraciət etmişdi, fırıldağın üstü də burda açılmışdı. Həmin adama yazımın orijinalını göstərəndə, o da çox dəhşətə gəlmişdi…Sonrakı araşdırmalarım da xeyli fakt çıxardı ortaya. Onlardan biri yenə də mənə dəxli olan məsələ idi.Deməli, bu Aytac bir “yazısında” iddia edirdi ki, 2015-ci ilin avqustunda Kazan Dövlət Universitetinin dəvətilə Tatarıstana səfər edib, orada müəllimlərə master-klass keçib.Oxucu deyə bilər ki, burda nə var ki? Elə nə varsa, burda var.Məsələ ondadır ki, elə həmin müddətdə, həmin tədbirə Kazan Dövlət Universiteti Azərbaycandan yalnız məni müəllimlərə master-klass keçmək üçün dəvət etmişdi. Tək getməmək üçün müəllim həmkarlarımdan birini də özümlə aparmaq üçün müraciət etdim. Çox hörmətli xanım müəllimlərdən biri həvəslə mənə qoşuldu və yalnız biz birlikdə Aytac Rzayeva adlı xanımın iştirakını iddia etdiyi tədbirə getdik. Tədbir Tatarıstanın Yelabuga şəhərində keçirilirdi. Master-klass da verdim, digər toplantılarda da iştirak etdim. Və həmin tədbirdə bizdən başqa heç bir Azərbaycanlının olmadığını da gördüm. İndi bu xanım iddia edirdi ki, həmin tədbirə dəvət edilib, master-klass verib. Bu isə onunla bağlı araşdırmalarımı daha da genişləndirməyimə səbəb oldu.Araşdırdım. Dəhşətə gəldim. Nələr çıxmadı qarşıma? Sən demə, bu “müəllim” xanım sadəcə başqalarının yazılarını oğurlayaraq (bəli, məhz oğurlayaraq!) öz adıyla dərc etdirirmiş. Hətta o qədər ki, mənim də yazımı utanmadan öz imzasıyla dərc etdirib. Bu Tatarıstan məsələsi də o qəbildəndir. Olmadığı tədbirdən, getmədiyi ölkədən “yazı” yazdığını iddia edən bu Aytac, sən demə, mənimlə birlikdə səfərdə olmuş digər müəllim həmkarımın yazısını öz adından dərc etdirmək istəyirmiş. Elə kələfin ucu da buradan ələ keçdi.Sonrakı araşdırmalar isə lap biabırçılıq idi. Bəlli oldu ki, bu xanım hətta “Azərbaycan müəllimi” kimi çox hörmətli təhsil qəzetində belə oğurluq yazı dərc etdirə bilib.Bunu da nəzərə alaraq düşündüm ki, təsadüfi bir adam belə hörmətli yerlərə öz ayağıyla gedib çıxa bilməz. Çox güman ki, onun bu əməllərinə dəstək verənlər var. Araşdırdım və bu dəfəki heyrətim ikiqat artıq oldu. Dəstək verən, özü də yazıları ordan-burdan oğurlayıb bu xanıma satan adamlardan biri burnumun düz ucunda imiş! Bu şərəfsiz adam, sən demə, təhsil sahəsinə aid dərc edilmiş yazıları pul qarşılığında bu Aytac kimi sözün əsl mənasında təhsildən, yazıdan xəbəri olmayan “müəllimlərə” satırmış… (Bu məsələylə bağlı əlimdə yazılı dəlillər var. Təhsil nazirinə şəxsən təqdim etməyə hazıram.)Məsələni aşağı səviyyədə müəyyən vəzifəli şəxslərə çatdırdım. O yazı satanın cəzalandırılmasını tələb etdim. Amma maraqlıdır ki, nəinki onu cəzalandırmadılar, əksinə, daha da himayə etməyə başladılar! Nə baş verir axı? Niyə bir fırıldaqçı müdafiə edilir? Bunu himayə edənlərin marağı nədir? Ümumiyyətlə, bu Aytac kimdir ki, onun belə hamiləri varmış? Araşdırmalarımı davam etdirdim.Bu dəfə mənə deyildi ki, onun arxasında elə hörmətli adam var ki, sizin yoldaşınız Azər Həsrət belə həmin adamın sözünü yerə sala bilməyəcək. Azər Həsrətə bunu deyəndə şaqqanaq çəkib güldü və “belə fırıldaqçının arxasındakı doğma qardaşım olsa belə bağışlamaram” deyib məni ürəkləndirdi. Yəni, “buyur, araşdır, qoy elə arxasındakı haramzada da öz payını alsın” demək idi bu.Yəqin ki, diqqətli oxucu bura qədər oxuyub heç bir fakt təqdim etmədiyimin fərqinə vardı. Təbii ki, bu, adamda şübhə oyadar. Ona görə də konkret örnəklər təqdim edirəm.Vəfa MƏMMƏDOVA: ““Promethean” interaktiv lövhələrinin tədrisə tətbiqi” – yaradicimuallim.blogspot.com/p/mqallrim.html. Eyni yazının oğurluq variantı, Aytac RZAYEVA imzasıyla: “Elektron lövhələrdən istifadənin təhsildə üstünlüyü” – azpress.tv/xeberler/2550-elektron-lovhelerden-istifadenin-tehsilde-ustunluyu.html.Günay HÜSEYNZADƏ: “İnteraktiv texnologiyalar müəllimin yaxın köməkçisidir” – muallim.edu.az/www.old/arxiv/2015/39/39.htm; Aytac RZAYEVA: “Elektron lövhələrin müasir təhsildə rolu” – edebiyyat-az.com/?p=17900. Tatarıstan səfəri məsələsi Günay Hüseynzadənin yazısından olduğu kimi köçürülüb. Bu Aytac o qədər diqqətsiz olub ki, hətta Günay xanımın bu cümləsini də olduğu kimi dərc etdirib: “Biz bu təcrübəni işlədiyim 193 nömrəli tam orta məktəbdə sınaqdan keçirdik”. Günay xanım doğrudan da 193 saylı məktəbdə işləyir. Bu Aytac isə 24 saylı məktəbdə işləyir…Almaz HƏSRƏT: “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqi” – www.almazhasret.com/?p=142. Aytac RZAYEVA: “Millətimizin sabahı” – gundelik.info/index.php?newsid=7467.Şəfəq FAZİLOVA: “Riyaziyyat və informatika dərslərində təqdimatlardan necə istifadə edirəm?” – muallim.edu.az/www.old/arxiv/2014/27/20.htm. Aytac RZAYEVA: “İnformatikadan dərs nümunəsi” – muallim.edu.az/content/?category=arxiv&issue=10&content_id=39. Yazının girişi Şəfəq Fazilovanın adı keçən yazısındandır. Dərs nümunəsi isə Ramin MAHMUDZADӘ, İsmayıl SADIQOV və Naidә İSAYEVAnın 4-cü sinif üçün “İnformatika” metodiki vəsaitindən (www.informatik.az/darslik/-MV-I4az-opt.pdf) tam köçürülüb. Təbii ki, heç bir istinad olmadan…Bu cür örnəklərin sayı həddən artıq çoxdur. Özünə müəllim deyən bu Aytac Rzayeva sağına-soluna baxmadan əlinə keçən yazıların altına imzasını qoyaraq orda-burda dərc etdirib və yəqin ki, etdirməyə də davam edir. Heç bu da dəhşətli deyil. Ən dəhşətlisini bugünlərdə öyrəndim.Aytac Rzayeva öz Facebook divarında yazırdı: “Aylar öncə məktəbimizin gənc, istedadlı, çalışqan direktoru mənim peşəkarlıq uğrunda fəaliyyətimi dəyərləndirmək üçün “Təhsil nazirliyinə” haqqımda bilgi verdi. Keçdiyim sınaqlardan sonra bu bayram günü çox xoş bir xəbər aldım. Bu ayın 27-dən etibarən müəllimlərin nümunəvi dərs təqdimatlarının və işə qəbulu komissiyasının üzvü və təhsil eksperti kimi fəaliyyətə başlayacağam. Bu, mənim riyaziyyat-informatika dərsliklərindəki ekspert kimi fəaliyyətimdən sonrakı ikinci sevincli xəbərimdir. Mən təhsilimizin inkişafı naminə çalışan müəllimlərin əməyini qiymətləndirən təhsil xadimlərinə sonsuz təşəkkürümü bildirirəm!”Bax, belə! Bu fırıldaqçı və Təhsil Nazirliyinin adını dırnaq arasında yazan “müəllim” indi hətta müəllimlərin işə qəbulu komissiyasında ekspert olacaqmış! Buna qədərsə, sən demə, dərslik eksperti imiş! Mən bildiyimə görə, bu sahədə ekspert olan şəxs bunu aləmə car çəkməməlidir ki, obyektivliyi sonadək qorusun. Bu isə ilk gündən elan verir ki, bəs, ekspertmiş. Özü də hansı məsələlərdə? Dərslik eksperti və üstəlik müəllimlərin işə qəbulu üzrə komissiyanın üzvü! Bütün ömrünü Azərbaycan təhsilinə həsr etmiş, doğrudan da hər şeyi ilə pedaqoq olan təcrübəli müəllimlərimizin bağrı çatlasınmı, çatlamasınmı bu xəbərdən sonra?İndi bildinizmi Azərbaycan təhsilindəki neqativ hallar haradan qaynaqlanır? Bu cür adamlardan və onlara himayədarlıq edən üz qaralarından! Bəli, Azərbaycan təhsili nə qədər ki, belə ünsürlərdən və onlara dəstək verənlərdən təmizlənməyib, biz, Prezident İlham Əliyevin tələb etdiyi səviyyədə təhsili qura bilməyəcəyik!Bura onu da əlavə edim ki, Aytac Rzayevayla Facebook yazışmalarım da var. Orada məni şantaj etməkdən də çəkinmir. Saxlayıram. Lazım olar. Bəzən ağlayıb-sızlayır, bəzən də üzərimə gəlmək, məni qorxutmaq istəyir o yazışmalarda. Qınamıram. Məni tanımadığı üçün bu yollara əl atıb. Hətta mənimlə telefon danışığında o yazıları ona pulla satan şərəfsizin adını da deyib. Amma sonrakı yazışmalarda bunu danmağa çalışdı.Bir də mümkündür ki, bu yazı dərc ediləndən sonra and-amanla oğurluq yazılarını saytlardan sildirə bilər (belə hərəkətləri olub zatən). Boşuna. Çünki o yazıların hamısının skripti artıq bir neçə nüsxədə tərəfimdən mühafizə edilir. Ona görə də bu Aytacın yazılarını silmək fikrinə düşən sayt sahibləri boşuna özlərinə zəhmət verməsinlər.Lap sonda onu da qeyd edim ki, bugünlərdə bəzi şəxslər mənə açıq dedilər ki, onu müdafiə edəcəklərmiş. Edin. Edirsinizsə, deməli sizin də əliniz çirkab içindədir. Tutduğunuz vəzifəyə layiq deyilsiniz. Bununla bağlı tədbiri isə, ümid edirəm ki, cənab təhsil nazirimiz Mikayıl Cabbarov görəcək. Zatən bu yazım da ona ünvanlıdır…Almaz HƏSRƏT, Azərbaycan Respublikasının Əməkdar müəllimi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler