Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu yataqlarda zelzele ocaqları var – Yetirmişli

05 Kasım 2016

4:04 pm


05/11/2016 [20:04]: xeber –
Azəri-Çıraq-Günəşli yataqlar bloku ətrafında güclü zəlzələ ocaqları var, həmin yerlər Xəzər dənizində ən aktiv bölgələrdir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib. “Orada zəlzələ olub və yenə də olacaq”, – deyə Q. Yetirmişli qeyd edib. “Günəşli”, “Ümid” və “Bahar” yataqları ətrafında, platformaların üstündə dənizdibi stansiyalar nə zaman quraşdırılacaq?” sualına cavab olaraq direktor qeyd edib ki, həmin stansiyalar alınıb, lakin quraşdırılmayıb: “Bu mənada bizim maliyyə cəhətdən çətinliyimiz var. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik. Hətta stansiyalar alınıb, gətirilib, 3 ilə yaxındır bizim təşkilatın anbarındadır”. Qeyd edək ki, noyabrın 4-ü təxminən saat 23:00 radələrində Xəzər dənizində baş vermiş zəlzələ nəticəsində “Günəşli” yatağında qəzaya məruz qalmış 10 saylı dərin dəniz özülündə silkələnmə müşahidə edilib, döşəmədəki dəmir lövhələrin bir neçəsində qaynaqdan qopmalar olub. Xatırladaq ki, dəniz dibi stansiyasında olan məlumatların quruda olan stansiyalar kimi birbaşa peykdən mərkəzə ötürülmə imkanları mövcuddur. Stansiyalar dənizin dibində gedən bütün proseslər, Xəzərin seysmikliyinin qiymətləndirilməsi, geodinamik proseslərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.(apa.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler