Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu xalq kişileri “gelin” getirir  – İNANILMAZ / FOTOLAR

26 Eylül 2016

9:56 am


26/09/2016 [13:54]: xeber –
sayt xəbər verir ki, İndoneziyanın Qərbi Sumatranın dağlıq ərazilərində yaşayan Minangkabau etnik qrupu dünyanın ən böyük matriarxat cəmiyyəti hesab olunur. Burada kişilər evli olduqları qadınların evində qonaq kimi qalırlar.Əfsanəyə görə, Koto Batu krallığını quran Maharajo Dirajo XII əsrin ortalarında öldüyündə üç arvadından üç kiçik oğlu qalır. Birinci arvadı Puti İndo Jalito uşaqların baxımını və krallıq rəhbərliyini boynuna götürərək matriarxal cəmiyyətin toxumunu atıb. Bu bənzərsiz cəmiyyətdə hakimiyyət qızlara miras qalır. Uşaqlar analarının soyadını götürür, kişilər isə arvadlarının evinə köçərək orada qonaq kimi yaşayırlar.Minanglar əvvəllər ateist olublar, təbiətə sitayiş edirlərmiş. Sonradan isə  Hindistandan gələn Hinduizm və Buddizmin təsirli olur. Minanglar İslamı da qəbul ediblər. İslami qaydalara görə, yeni evlənən qadının ər evinə köçməsi gərəkdiyi halda minanglarda ər arvadın evinə köçür və onun ailəsi ilə birlikdə yaşayır. Başlıq pulunu da qız evi verir və miqdarı bəyin təhsilinə, peşəsinə görə gəlinin ailəsi tərəfindən müəyyən edilir.Toy günü bəyi evindən götürərək gəlinin evinə gətirirlər. Burada İslami qaydalar əsasında nikah kəsilir. Bəylə gəlin ənənəvi musiqi sədaları altında rəqslərlə qarşılanır. Gəlinin ailəsi milli paltarlarını geyərək əllərində kürəkənə vermək üçün pul, yemək və hədiyyə daşıyır.Minang qadınları evləndikdən sonra ictimai və iqtisadi imtiyazlar qazanırlar. Evin idarəsi ən yaşlı qadınların əlindədir. Evin rəisi olaraq torpaq mülkiyyəti və qohumluq əlaqələri onlardan soruşulur, anlaşılmazlıqları həll etməkdə, evlilik əlaqələrində və mərasimlərin təşkilində əhəmiyyətli rolları var.Minang kişilərinin isə evə mütəmadi gəlir gətirməsi, uşaqların xərclərini qarşılaması lazımdır. Kişilərin çoxu buna görə kənddən çıxıb başqa yerlərdə iş axtarırlar, evə arada bir gəlirlər. Qayıtdıqlarında evin idarəsi ilə bağlı söz sahibi olmurlar.  Bu matriarxat  cəmiyyətin dağılması uzun zamandır gözlənilsə də minanglar ənənələrini qürurla davam etdirir və zamana qarşı müqavimət göstərirlər. Minangkabauların qara-sarı-qırmızı rəngli bayraqları onların üç xüsusiyyətlərini təmsil edir: kübarlıq, cəsarət və mədəniyyət.Zəhra 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler