Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu universitet uzun iller sonsuz ambisiya ile idare olunduğundan…”

23 Haziran 2016

9:08 pm


24/06/2016 [01:01]: xeber –
Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev prezident İlham Əliyev təfəfindən Pedaqoji Universitetə və Bakı Slavyan Universitetinə yeni rektor təyinatlarını sayt-a şərh edib:”Pedaqoji Universitetə Cəfər Cəfərovun təyinatı uğurlu təyinatdır. Cəfər müəllim rəhbərlik etdiyi Turizm və Menecment Universitetini nümunəvi ali məktəblər sırasına daxil edib. O, qabiliyyətli müəllimləri bu universitetə cəlb etməklə yanaşı, həm də yaxşı təhsil mühiti formalaşdırıb. O, təşkilatçılıq işlərini yaxşı bilməklə yanaşı həm də tarix elmləri doktorudur. Məncə Cəfər müəllim Pedaqoji Universitetdə də dönüş yarada biləcək. Ölkənin müəllim potensialını formalaşdıran bu ali məktəbə əslində belə qabiliyyətli şəxs təyin olunmalı idi və Prezident bunu etdi. Pedaqoji Universitetdə təhsilin keyfiyyətinin birdən-birə yüksəldilməsinə nail olmaq da mümkün deyil. Çünki bu ali məktəbdə dəhşətli durğunluq hökm sürür.Pedaqoji Universitet Tibb Universiteti qədər vacib ali məktəbdir. Biz yaxşı həkimlər arzuladığımız kimi həm də yaxşı müəllimlər arzulayırıq. Və bütün normal cəmiyyətlərdə bu istəklər eynidir.O ki, qaldı Slavyan Universiteti ilə bağlı təyinata, bu barədə bircə şeyi deyə bilərəm: yəqin ki, Nurlana xanım qısa müddətdə nazir müşaviri kimi özünü doğrulda bilib. İndi kollecləri universitetlərə birləşdiriblər. Kolleci idarə edən şəxs Universiteti niyə idarə edə bilməsin? Düşünürəm ki, nazirin müşaviri Pedaqoji Universitetin keçmiş rektoru Yusif Məmmədov üçün də perspektiv yarana bilər.”Dillər universitetində də rektor yeri boşdur, sizcə bu təhsil ocağına rektor təyinatı niyə ertələndi” sualına cavabında E. Əliyev bu universitetdəki mövcud durumu aşağıdakı kimi qiymətləndirib:”Dillər Universiteti demək olar ki, idarə olunmur. Məncə tezliklə bu ali məktəbə də rektor təyin olunmalıdır. Dillər Universiteti ən aşağı reytinqə malik olan universitetlərimizdən biridir. Bu universitet uzun illər bir nəfərin sonsuz ambisiyası ilə idarə olunduğundan bura elə adam təyin olunmalıdır ki, onun həm elmi mükəmməl olsun, həm də kollektiv arasında nüfuzu. Fikrimcə, universitet daxilindən bu ali məktəbə rektor təyinatı bəhrə verməyəcək”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler