Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu teklif ermenilerde şok effekti yaradacaq – VİDEO

24 Temmuz 2016

1:56 pm


24/07/2016 [17:54]: xeber –
Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Qərbi Azərbaycana (Ermənistana) qayıdış birliyi”nin (QAQB) təşkilatçılığı ilə bir qrup Qərbi Azərbaycanlı ziyalının iştirakı ilə toplantı keçirilib.Toplantını giriş sözü ilə açan QAQB-nın sədri Rizvan Talıbov bildirdi ki, İrəvan xanlığının paytaxtı olmuş tarixi Azərbaycan şəhəri İrəvanın erməni daşnaqlarına 99 il müddətinə paytaxt olaraq verilməsi haqqında Azərbaycan Demokratik Cümhuriyyətinin  qərarına yenidən baxılmalı və o qərar ləğv edilməlidir.O, təklif etdi ki, Gədəbəy rayonu ərazisində ermənilərin 30 ilə yaxındır ki, tərk etdikləri boş qalmış, dağılmış Köhnə Başkənd kəndinin yerində 10 min nəfər əhalinin yaşaya biləcəkləri qəsəbə salınsın və həmin qəsəbədə ermənistanlı qaçqınlar məskunlaşdırılsın: “Elə etməliyik ki, gələcəkdə ermənilər həmin əraziyə iddia ürəli sürməsinlər”.Çıxış edənlər sədrin təklifini bəyəndiklərini və bunun ermənilərdə şok effekt yaradacağını vurğuladılar.Məsləhət edildi ki, ildə bir dəfə Qərbi Azərbaycanlıların deportasiya edilməsi günü qeyd edilsin və Azərbaycan hökuməti tərəfindən ayrılmış hər hansı bir məkan ziyarət yerinə çevrilsin, ermənilərin törətdikləri o vəhşiliklər zamanı dünyasını dəyişənlərin ruhları yad edilsin.Tədbirin sonunda Azərbaycan prezidenti İlham Əliyevə müraciət qəbul olundu.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler