Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu tedbire gedecek şexslerin adı – “Qara siyahı”ya salınacaq

25 Ağustos 2016

2:36 pm


25/08/2016 [18:32]: xeber –
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən Fransada yerləşən Siyasi və Xarici siyasət məsələləri üzrə Mərkəzin (Center for Political and Foreign Affairs) xətti ilə avqust ayının sonu sentyabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin 25 illiyi adı altında keçiriləcək beynəlxalq konfransla bağlı açıqlama yayıb.XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, bu konfransda iştirak etmək üçün rəsmi Yerevan tərəfindən bir sıra keçmiş dövlət rəsmiləri, ictimai şəxslər, parlament üzvlərinə dəvətlər göndərilir. Ermənistan tərəfi konfrans iştirakçılarının bu və ya digər adla işğal olunmuş Azərbaycan ərazilərinə səfərini də təşkil etməyi planlaşdırır. “Göründüyü kimi, Ermənistan tərəfindən bu tədbirlə əlaqədar görülən işlər gizlin şəkildə aparılır və KİV-ə məlumat verilmir. Ermənistanın bu tədbirə gizlin şəkildə hazırlığı əslində onun çirkin niyyətlərindən xəbər verir. Rəsmi Yerevan və lobbi dairələri müəyyən maddi maraq müqabilində bəzi şəxslərin bu tədbirdə iştirak etməsini təmin etməyə çalışır.Bildiririk ki, Ermənistanın təxribatçı məqsədlərlə təşkil etməyə çalışdığı bu tədbir münaqişənin həlli üzrə ATƏT Minsk Qrupunun həmsədr dövlətləri tərəfindən aparılan danışıqlar prosesinə xələl gətirir, regionda davamlı sülhün təmin olunması istiqamətində atılan səylərə fayda vermir, xüsusilə indiki həssas məqamda vəziyyətin gərginləşməsinə və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin təbliğinə xidmət edir.”Azərbaycan XİN konfransa dəvət edilmiş şəxsləri beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Ermənistanın təbliğat maşınının alətinə çevrilməməyə, təxribatçı məqsədlərə xidmət edən bu konfransda və işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfərdə iştirak etməkdən çəkinməyə çağırır. “Müsbət haldır ki, bir sıra ölkələrdən olan ictimai-siyasi xadimlər artıq bu tədbirdə iştirakdan imtina ediblər. Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən şəxslərin adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler