Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, siyasi cehetden o qeder zererli bir addımdır ki…”

28 Haziran 2016

3:24 am


28/06/2016 [07:21]: xeber –
“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin açıqlamalarından anladım ki, onun fəaliyyətindən narazı olan bir qrup şəxs ayrıca toplantı keçirərək bir “çevriliş” gerçəkləşdiriib, yeni sədr seçiblər. Bu addımın hüquq pozuntusu olması bəllidir və bunun üzərində durmaq istəməzdim. Ancaq siyasi cəhətdən o qədər zərərli bir addımdır ki, bu bilavasitə orada yaşayan azərbaycanlıların ən azı düşüncə olaraq parçalanmasına gətirib çıxara bilər. İndiyə qədər bu qurum tərəfindən Borçalıda yaşayan soydaşlarımızın problemlərini Azərbaycanın və Gürcüstanın gündəmində canlı tuta bilən bir ictimai fəaliyyətin şahidiyəm və Zəlimxan Məmmədlinin faydalı fəaliyyətini gücüm yetdiyi səviyyədə hər zaman dəstəkləyirəm. Məhz bu fəaliyyətin effektidir ki, Gürcüstan məqamları bizim rəsmi qurumların yavşaqlığından istifadə edərək, Zəlimxan bəyin bu ölkəyə gediş-gəlişini yasaqlayıblar. Ola bilsin ki, Zəlimxan bəyin üslubunda, çıxışlarında hansısa məqamlar kimlərisə səmimi olaraq qane etməyə bilər. Ancaq indiki məqamda milli davamızın bu cinahını onun qədər diri tutan, təbliğ edən, fədakarlıq göstərən obraz tapmaq asan deyil. Ona görə də bütün imkanlarımız çərçivəsində “Borçalı” cəmiyyətinə və onun dəyərli səlahiyyətli şəxsi olan Zəlimxan bəyə dəstəyimizi davam etdirəcəyik. Xüsusilə də Elat Bayramı ərəfəsində bu hadisənin baş verməsi olduqca üzücüdür.Fazil Mustafa, millət vəkili




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler