Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu siqaretlerde tehlükeli maddelerin miqdarı normadan 67 faiz çoxdur” – SOS

19 Ekim 2016

1:36 pm


19/10/2016 [17:34]: xeber –
“Ölkədə qida təhlükəsizliyinə
haqqında qanun yoxdur. Qanun olmayan yerdə mütləq cinayət baş verir. Çünki
insanları qanunlar idarə edir. Belə qanun müzakirədədir, ancaq hələ bir xəbər
çıxmır”.

 Bunu sayta
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

 

Eyyub Hüseynov
bildirib ki, heç bir dövlət qurumunun təhlükəli malların qarşısını almaq
ixtiyarı yoxdur: “Dövlət orqanlarının əl-qolu tamam bağlanıb. Yoxlamalar tamam
ləğv olunub. Təhlükəli ərzaqlarla bağlı dövlət orqanlarına etdiyimiz müraciətlərə
bir cavab gəlir: gedin, məhkəməyə müraciət edin. Kolxoz bazarlarına getsəz görərsiniz
ki, nə qədər təhlükəli ərzaqlar var. Onlara kağız verilib, guya yoxlanılıb. Cəmdəklərin
üzərində guya baytarlıq idarəsinin nişanları var. Bunlar hamısı yalançıdır. İstehlakçının
aldadılması və təhlükəli ərzaqlarla qidalanması baş verir. Bütün bunların aydın
göstəricisi odur ki, bizdə apteklər şəbəkəsi digər ölkələrdən 20 dəfə artıqdır.
Xəstəxanalarda növbələr… İnsanları xarici xəstəxanalara aparan xüsusi
qruplar… Bütün bunlar Səhiyyə Nazirliyini, Kənd Təsərrüfatı Nazirliyini,
İqtisadiyyat Nazirliyini narahat etməlidir. Bir ay qabaq Braziliyada səfərdə
idim, bir apteklər küçəsi vardı, cəmi 16 aptek gördüm orda… Başqa yerdə aptek
görmədim. O apteklərdə adam da az idi. Ölkədə bu qədər kimyalaşma baş verir,
heç kim bunun tədqiqatını aparmır”.

 

Eyyub Hüseynov
deyib ki, insanların vaxtsız dünyasını dəyişməsində 50 faiz rol qeyri-infeksion
xəstəliklərin payına düşür: “Böyük Hippokrat deyirdi ki, biz nə yeyiriksə,
oyuq. Çinlilər deyirdi ki, xəstəliyi boşqabında axtar. Azad İstehlakçılar
Birliyi deyir ki, dərmanın sənin qidandır. 23 dekabr 2015-ci ildə ölkə
prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında 2015-2020-ci illər ərzində
qeyri-infeksion xəstəliklərin azaldılması ilə bağlı strategiya sənədi qüvvəyə
minib. Və bu strategiya sənədini Səhiyyə Nazirliyi yerinə yetirir. Bu sənəddə
qeyd olunur ki, insanların vaxtsız dünyasını dəyişməsində 50 faiz rol
qeyri-infeksion xəstəliklərin payına düşür. Qeyri-infeksion xəstəliklərin içərisində
3 amil var: siqaret  çəkmə, qeyri-sağlam
həyat keçirmə, sağlam qidalanmamaq. Starategiyada insanların sağlam qidalanma
ilə təmin etməklə bağlı müddəalar var. Eləcə də qarşıya qoyulan məqsədlərdən
biri beş il ərzində on faiz siqaretin çəkilməsini azaltmaqla bağlıdır.  5 ildə siqaretin 10 faiz azadılmasının qarşıya
qoyulduğu halda Şəkidə “Azəri” firmasının istehsal etdiyi “Karvan”, “Mehdi”
firmasının istehsal etdiyi Şəki siqaretlərinə-təhlükəli siqaretlərə sertifikat
verilib. Halbuki biz bu siqaretlərin ekspertizasını keçirdik və gördük ki, bu
siqaretlərdə təhlükəli maddələrin miqdarı normadan 67 faiz çoxdur. Səhiyyə
Nazirliyi isə bu siqaretlərə sertifikat verib. Sonradan təkzib verdilər ki, biz
yaxşı yoxlamamışıq. Belə anormal və saxta ekspertizanın olduğu şəraitdə əlbəttə
insanlar ciddi xəstəliklərə, o cümlədən xərcəng xəstəliyinə yoluxacaq, cavan
yaşında dünyasını dəyişəcəklər. O siqareti uşaqlar alır çəkir. Çünki 40 qəpiyədir.
Valideynlər mənə zəng vurur ki, Eyyub müəllim bunun qarşısını alın. Süleyman Rəhimov
188 ünvanında, topdansatış yerlərində təhlükəli siqaretlər satılır”.

 

Eyyub Hüseynov daha
bir maraqlı fakta diqqət çəkib: “Bu il bazarlarda xüsusi cihaz vasitəsilə
müşahidə apardım. Qısa olmayan ömrümdə ilk dəfə yay fəslində iki dəfə qarpız
yedim. Qarpızların tərkibində olan nitridlərin miqdarı normadan iki dəfə
artıqdır. Bakıda qarpız tapmadım, getdim Sabirabada, orda iki dənə qarpız tapa
bildim və yedim. Nitridlərin miqdarının normadan artıq olması insanların
oynaqlarında, bədənində müxtəlif xəstəliklər əmələ gətirir. Kənd Təsərrüfatı
Nazirliyinin əməkdaşları gedib qarpız yetişdirən adamları başa salmırlar ki,
yetişdirmə necə olmalıdır. Hamısı oturub kabinetlərdə, qalsuktuklarını taxıb gəzirlər”.

 Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler