Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu saziş Ermenistanı Rusiyanın elavesine çevirir…”

30 Haziran 2016

11:28 am


30/06/2016 [15:25]: xeber –

Xəbər
verdiyimiz kimi, Ermənistan parlamentində Rusiya və Ermənistan arasında Qafqaz
regionunda hava hücumundan birgə müdafiə sisteminin yaradılması haqqında saziş
ratifikasiya edilib.

Görəsən,
bu sazişin Azərbaycan üçün nə kimi təhlükəsi var? sayt-ın
bununla bağlı sualını politoloq Elxan Şahinoğlu cavablandırıb.

E.Şahinoğlu
bildirib ki, bu sazişin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur: “Çünki biz
Ermənistana hücum etmək kimi plan qurmamışıq. Biz ancaq işğal altında olan
torpaqlarımızı azad etmək istəyirik və aprel döyüşləri də göstərdi ki, Rusiya
bu prosesə qarışmır. Hətta iki il öncə işğalçı qüvvələr Ağdam tərəfdə hərbi
təlimlər keçirdiyində biz onların helikopterini vurduq. Rusiya bu prosesə də
qarışmadı. Rusiya bilir ki, tanınmış Azərbaycan sərhədləri var və bu sərhədləri
pozmaq olmaz. Ona görə də bu sazişin bizim üçün təhlükəsi yoxdur”.

Politoloq
onu da vurğulayıb ki, hava hücumundan birgə müdafiə sisteminin yaradılması
haqqında sazişin Ermənistan üçün təhlükəsi var: “Saziş Ermənistanı daha çox
Rusiyadan asılı vəziyyətə salır, Ermənistan getdikcə Rusiyanın əlavəsinə
çevrilir. Onsuz da faktiki olaraq Ermənistan Rusiyanın əyalətinə çevrilib. Hərbi
bazaları ordadır, sərhədlərini Rusiya qoruyur, fabrik və zavodları da
Rusiyanındır. Bu sazişdən sonra hava məkanına da Rusiya nəzarət edəcək”.

Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler