Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, sadece Ərdoğanı silkeleyecek bir xeberdarlıq aksiyadır”- Fazil Mustafa

15 Temmuz 2016

11:20 pm


16/07/2016 [03:19]: xeber –
Milli Məclisin millət vəkili Fazil Mustafa Türkiyədəki hərbi çevrilişlə bağlı açıqlama verib.sayt xəbər verir ki, Focebook hesabında millət vəkili Türkiyə xalqına dəstək olub:”Adətən Türkiyədəki bu cür çevrilişlərdən öncə müəyyən hazırlıq prosesləri aparılırdı. Öncə küçələrdə fərqli ideoloji qrupların bir-birinə qarşı bir neçə ay davam edən silahlı münaqişəsi baş verirdi, yaxud ana müxalifət partiyasının gizli dəstəyi alınırdı, və ya Misirdə olduğu kimi, hakimiyyətə qarşı olan qüvvə meydana nümayişə çıxaraq istefa tələbi qoyur və ordu bu tələbi bəhanə edərək hakimiyyəti ələ keçirir. Türkiyədəki indiki durum fərqlidir. Hakimiyyyətin ciddi sosial bazası var, 15 illik iqtidar imkanlatından qazanılmış maddi resurslar var, digər tərəfdən ordunun hakimiyyətə gəlməsini zəruri edən sosial sifariş də müşahidə olunmur. Fikrimcə, məlum xarici ölkədən yönləndirilən, ancaq perspektivsiz, sadəcə Ərdoğanı silkələyəcək bir xəbərdarlıq aksiyasıdır. Çünki, TRT 1-dən mücərrəd “Yurdda Sülh Konseyi” adından açıqlama verilməsi ilə əsgəri axıra qədər bu işi davam etməyə yönləndirmək mümkün deyil. Üstəlik də hakimiyyətin ciddi media dəstəyi mövcuddur. Əgər işin başında bilavasitə Genelkurmay Başqanı dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq bəlkə də ehtimal oluna bilərdi. Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsi çətin işdir. Bizim üzərimizə düşən, Türkiyənin heç bir vəchlə hərbi çevriliş yaşamamasıdır. Ərdoğandan xoşu-gəlib gəlməmək hər kəsin öz işidir, ancaq Türkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək, bu ölkəni yenə də 30-40 il geri salmaq deməkdir. Ona görə də hərbi çevrilişə simpatiya duyanları heç cür anlaya bilmirəm. Bunun adı nə Atatürkçülükdür, nə də Türkiyə sevgisidir. Bunun adı Türkiyənin bu həssas dönəmdə zəifləməsini arzulamaqdır!”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler