Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu referendum AB-de yox, Britaniyanın özünde “yarpaq tökümü” başlada biler”

24 Haziran 2016

5:12 pm


24/06/2016 [21:08]: xeber –
Britaniyada keçirilən referendumda səslərin sayılması davam etsə də, Britaniyalıların Avropa Birliyindən çıxması artıq indidən bəllidir. Britaniyalıların 52 faizi Avropa Birliyini tərk etməyə səs versələr də 48 faiz seçici bunun əleyhinə səs verib, bu isə faktiki olaraq ölkəni iki yerə parçalayıb. Qalib gələnlər hətta 23 iyunun İngiltərənin müstəqllik günü kimi qeyd edilməsini istəsələr də məğlub olanlar pərtliklərini gizlədə  bilmirlər…İctimai fəal Bəxtiyar Hacıyev sayt – a açıqlamasında baş vermiş bu olayı şərh edib:”Əvvəlcə onu qeyd etmək lazımdır ki, Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə bağlı referendum nəticələri dərhal icra olunmayacaq. Bunun üçün Brüssellə danışıqlar başlanmalı, yeni əlaqələrin şərtləri müzakirə edilməlidir. Bu isə bir neçə il çəkə bilər. Eyni zamanda, bu gün referendum nəticələri açıqlandıqdan sonra baş nazir D. Kemeron istefa verib və hələlik onu kimin əvəz edəcəyi, Brüssellə danışıqlara nə vaxt başlayacağı və bu prosesin hansı sürətlə gedəcəyi barədə nəsə demək üçün çox tezdir. Britaniyanın Avropa İttifaqından çıxmasının digər ölkələrə təsir edəcəyinə, “yarpaq tökümü” olacağını isə düşünmürəm. Birincisi, Britaniyanın özündə belə referendum nəticələrinə görə “tərk et” seçimi edənlərlə birlikdə qalmağa səs verənlər arasında çox kiçik faiz fərqi var. Bundan başqa Şotlandiya və Şimali İrlandiya da Avropa İttifaqında qalmağa səs verib. Britaniyaya məxsus Cəbəllütariq ərazisində isə seçicilərin 95%-dən çoxu Avropa İttifaqında qalmağa səs veriblər. Bir müddət əvvəl isə Şotlandiyada müstəqillik referendumu keçirilmişdi və indi bir çox siyasətçi yenidən referendum keçirib, Britaniyanın tərkibindən çıxaraq, müstəqil dövlət kimi AB-ə üzv olmağa çağırışlar edirlər. İndiki mənzərə onu göstərir ki, Britaniyanın “tərk et” seçimi AB-də yox, Britaniyanın özündə “yarpaq tökümü” başlada bilər. AB isə növbəti belə bir ölkəni itirməmək üçün öz siyasətini yenidən gözdən keçirməyə, üzv dövlətlərin AB daxilində daha sıx birləşməsinə çalışacaqlar”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler