Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, qeyri-ciddi meseledir”- Şairin yeni “Quran” yazmasına reaskiya

04 Ekim 2016

10:04 am


04/10/2016 [14:03]: xeber –
Tanınmış şair Şəhriyar
del Gerani cəmiyyətdə heç də birmənalı qarşılanmayacaq açıqlama verib.

 

Şair iddia edib ki,
yeni
“Quran” kitabı yazır: “Bu,
mənim iradəmdən kənar bir şeydir. Düzü, mənə dayanmadan diqtə olunur bu mövzuda
yazmaq. Hər şeyi açıq-açığına deyə bilmirəm. Anlayışlı yanaşın xahiş edirəm.
Sağlıq olsun, gələn ilin payızına tamamlayaram çox yəqin. Tam əminliklə deyirəm:
bu “Quran” çağdaş ateistlərin və deistlərin suallarına tam olaraq
cavab verəcək bir kitab olacaqdır. Xatırladım ki, sonuncu “Quran”ın
bir çox “surə”lərinin (hekayətlərinin) üzərində ciddi redaktələr
olunmuş. Yeni ayələr (misralar) isə tam olaraq orjinaldır. Xəbəriniz olsun. Ki,
istər intellektual, istər ruhani, istərsə də bədii cəhətdən bu
“Quran” kitabı bütün parametrlərdə daha dəqiq, daha mükəmməl
olacaqdır. Səmimiyyətə qalsa, mən özüm də həddindən ziyadə maraqlıyam bu
kitabın nicat tapmasına. Allah böyükdür! Eşqlərimlə…”

 

sayt məsələ
ilə bağlı filosof Niyazi Mehdi və şair Aqşin Yeniseyin mövqeyini öyrənməyə
çalışıb.

 

Niyazi Mehdi deyib
ki, Şəhriyar Del Geranin yazdığı yeni “Quran”ı görmədən hər hansı fikir bildirə
bilməz.

 

Aqşin Yenisey isə
deyib ki, məncə, qeyri-ciddi bir məsələdir və buna ancaq qeyri-ciddi adamlar
ciddi münasibət bildirə bilərlər: “Ortada ədəbi fakt yoxdursa, danışmaq mənasızdır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler