Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu qeder diplomdansa, bulamağa balaca bir quyruğun olsaydı, işe yarayardı”

26 Haziran 2016

6:16 am


26/06/2016 [10:14]: xeber –
Siqaret çəkmirəm, içki içmirəm…Başqa zərərli vərdişim də yoxdur. Ara – sıra qəzet – jurnal alırdım, indi onu da almıram, daha doğrusu, ala bilmirəm. Belimi tuta – tuta gəzsəm də, canım ağrısa da apteklərə getməyi də tərgitmişəm. Çünki havayı dərman da verilmir…Yox, 170 manat pensiya ilə dolanmaq mümkün deyil, işləmək lazımdır, işləmək……Diplomlarımı götürüb mötəbər bir məmurun yanına getdim. Əvvəllər işçim olmuşdu, yarıtmasa da güzəştə gedirdim, ümid edirdim ki, düzələcək. Bir az düzəlmişdi də…Sonralar gözə dəymədi, bir müddət bəy oldu, sonra başqa ləhcədə danışmağa başladı, deyirdilər ki, cibində bütün partiyaların üzvlük bileti var. İndi də səlahiyyət sahibidir, deputatdır, ağ köynək geyməyi, qırmızı qalstuk bağlamağı da öyrənib……Qəbuluna çətinliklə düşdüm. Hiss elədim ki, gəlişimə sevinməyib. Candərdi salamımı alıb oturmağa yer göstərdi. Birbaşa mətləbə keçdim:- Pensiyam çox azdır, kirayədə yaşayıram, dolana bilmirəm. Dedim, bəlkə mənə bir 300 manatlıq iş tapmaqda kömək edəsiniz. Bax, bu da mənim diplomlarım, üç ali məktəb bitirmişəm, “Kommunist” qəzetinin redaktor müavini olmuşam, “Səhər” qəzetinin yaradıcısıyam……Diplomlarıma baxıb bir kənara qoydu. Bığaltı gülümsündü, sonra üzünü mənə tərəf çevirib dedi:- Ağsaqqal, qalx ayağa…Müraciəti və amiranə səsi xoşuma gəlməsə də, qalxdım.- İndi yerində fırlan görüm…Təbii ki, fırlanmadım. Yerindən durub özü başıma fırlandı, arxama baxdı, keçib oturdu yerində:- Bu vid – fasonla sənə vəzifə verməzlər, sənin heç quyruğun da yoxdur…- Əvvəla, mən vəzifə yox, adi iş istəyirəm, ikincisi, bu, nə quyruq söhbətidir salmısan ortalığa?- Hə, ağsaqqal, indi zaman başqadır, adi bir iş üçün gərək quyruq bulayasan. Bu qədər diplomdansa, bulamağa balaca, yumşaq bir quyruğun olsaydı, işə yarayardı…O gün sənin bir yazını oxudum, vicdan tərəzisindən yazmışdın. Olmayan şeydən yazmazlar, ağsaqqal. Quyruq olan yerdə nə tərəzi, nə ədalət… Baxıram diplomlarına, hamısı köhnə, sovet dövründən qalmadır. Gərək qiyabi də olsa, Azərbaycan Dövlət Yaltaqlar Universitetini bitirəydin. Onda həm işə yarayan diplomun, həm bulamağa quyruğun, həm də buna müvafiq işin olacaqdı…Bax, mənimki kimi…Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler