Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu qebile mezarlıqda yaşayır, insan eti ve necisiyle qidalanır – İnanılmaz – Fotolar

30 Ekim 2016

9:04 am


30/10/2016 [13:03]: xeber –
  sayt ara-sıra hazırda da yer üzündə yaşayan qəribə tayfalar, qəbilələr, azlıqlar, həmçinin onların qeyri-adi adətləri haqqında məlumatlar verir. Bu dəfə isə Hindistanda yaşayan sirrli və qorxulu AGHORİ qəbiləsi haqqında hazırladığımız materialı təqdim edirik. Hindistanın bir bölgəsində sürgün həyatı yaşayan Aghori qəbiləsinin rahibləri cəsədlərin üzərində cinsi hərəkətlər edir, ölülərin cəsədlərini və ifrazatlarını yeyirlər. Aghori qəbiləsi bu vərdişlərinə görə yaşadıqları məmləkətdən qovulublar. Buna baxmayaraq bölgədə yaşayanların çoxu onlardan qorxur.İtalyan fotoqraf Cristiano Ostinelli aghorilərin necə yaşadıqları haqqında daha çox məlumat əldə etmək istəyib və bu məqsədlə bir müddət onlarla birlikdə yaşayıb. Özünü aghorilərə bənzədən fotoqraf üzlərini ağ rəngə boyamış, boyunlarında muncuqlar asmış rahiblərin fotoşəkillərini çəkmək fürsəti də tapıb. Bu sirli qəbilənin üzvləri qəbiristanlıqlarda yaşayır və ayinlərinin bir hissəsi olaraq insan əti, həmçinin insan ifrazatı yeyirlər. İçkilərini isə ətini yedikləri insanların kəllə sümüklərində içirlər. Fotoqraf bir müddət aralarında yaşadığı aghorilər haqqında bunları bildirib: “Onların özlərinə xas böyük bir sirləri var. Hindistanlılar buna görə onlardan çox qorxurlar. Hindistanlılar iddia edirlər ki, aghorilər gələcəyi görə, suyun üzərində gəzə bilirlər, ən əsası isə insanları lənətləmə bacarığına sahibdirlər. Aghorilər Hinduizmin Şiva adlanan tanrısına qovuşa bilmək üçün marixuana çəkir, spirtli içkilər qəbul edirlər”.  sayt fotoqraf Cristiano Ostinellinin çəkdiyi fotoları təqdim edir:Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler