Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu qadının görüntülerini her gün milyonlarla insan izleyir – FOTOLAR/VİDEO

12 Eylül 2016

1:52 pm


12/09/2016 [17:51]: xeber –
Müasir dünyanın insanlarını sosial şəbəkələrsiz, internetsiz təsəvvür etmək mümkün deyil. Hər gün milyonlarla insan gün ərzində ən azı bircə dəfə də olsa internetə daxil olur, onu maraqlandıran informasiyalar, əyləncəli videogörüntülər, maraqlı faktlar axtarır, musiqi dinləyir, xəbərlər toplayır. Milyonlarla izləyicisi, 1 milyarddan çox insanın isə abunəçisi olduğu “YouTube” videohostinqi də insanların tez-tez daxil olduqları, filmlər, maraq dairələrinə uyğun videoçarxlar izlədiyi virtual məkandır. “YouTube”un istifadəçiləri istədikləri vaxta videohostinqə videoçarxlar, filmlər, maraqlı görüntülər yükləyə, baxa, qiymətləndirə, rəy bildirə bilərlər. 2005-ci ilin 14 fevralında ABŞ-ın Kaliforniya ştatının San-Mateo şəhərində əsası qoyulan “YouTube”un mənzil qərargahı Kaliforniya ştatının San-Bruno şəhərində yerləşir.Heç maraqlanmısınızmı bu videohostinqin baş direktoru kimdir? O, çox sadə, mehriban, həm də işgüzar bir qadın olan Syuzen Voyjitskidir.  “YouTube”un baş direktoru ilə bağlı maraqlı faktları təqdim edirik:  ABŞ-ın Kaliforniya ştatının Santa-Klara şəhərində 1968-ci ilin 5 iyulunda dünyaya gəlmiş 48 yaşlı Syuzen Voyjitski bir neçə dünya miqyaslı virtual layihənin rəhbəridir. Məhz onun sayəsində “YouTube” onlayn video sahəsində əsas hostinqə, lokomotivə çevrilib. Lakin Syuzen Voyjitskinin də öz tələbləri var. Belə ki, videohostinqə əxlaqsızlığı, zorakılığı əks etdirən videogörüntülərin yüklənməsi qadağandır. İndiyə qədər minlərlə abunəçi buna görə hostinqin xidmətlərindən məhrum olunub. Üstəlik, “YouTube”dan montaj edilib, yenidən bu videohostinqə videogörüntülərin yüklənməsi də qadağandır. Syuzen Voyjitski hər gün milyonlarla istifadəçinin və abunəçinin daxil olduğu “YouTube”un getdikcə internet televiziyaya çevrildiyini vurğulayaraq bundan məmnunluq hissi keçirdiyini bildirir. Lakin 1 milyard abunəçi də baş direktor üçün azdır. O, qürur hissi ilə bildirir ki, “YouTube”un abunəçilərinin bundan 2-3 dəfə çox olmasına çalışır.  “YouTube”un başlıca rəqibləri “Snapchat”, “Facebook”, “Netflix”dir. Lakin faktlar göstərir ki, bu videohostinq bəzi müsbət cəhətləri ilə son iki ildə rəqiblərini 2 dəfə üstələyib. “Əsas məsələ qarşına qoyduğun məqsəd uğrunda var gücünlə çalışmaqdır. Belə olarsa, tezliklə bütün hədəflərinə nail olacaqsan”, – deyə “YouTube”un baş direktoru vurğulayır. Qeyd edək ki, həm də “Google” kompaniyasının vitse-prezidentidir. Onun bacısı isə “Google” rəhbərinin keçmiş həyat yoldaşıdır.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler