Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu proses vetendaş müharibesine çevrile biler”

16 Temmuz 2016

11:24 am


16/07/2016 [15:09]: xeber –
 

Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsindən sonra Türkiyə
ordusunun bundan sonrakı taleyi çoxlarında ciddi narahatçılıq doğurur. Suallar
yaranır ki, görəsən, bundan sonra dünyada qabaqcıl yerlərdə dayanan Türk ordusunun
nüfuzuna və gücünə xələl gələ bilərmi?

sayt-ın mövzu ilə bağlı sualına hərbi ekspert Azad İsazadə aydınlıq
gətirib.

A.İsazadə bildirib ki, sözsüz, Türkiyə ordusunun nüfuzuna böyük bir zərbə
dəyib: “Neçə illərdir ki, Atatürkdən sonra Türkiyə ordusu siyasi böhranları
həll edə biləcək praktiki, axırıncı bir instansiya idi. Bu proses neçə illərdir
ki, gedir. Bir neçə çevriliş cəhdi, real və qeyri real məhkəmələr, generalların
tutulması, ömürlük həbs cəzası verilməsi və s. sözsüz ki, ordunun nüfuzuna zərbə
vururdu, amma bu dəfəki zərbə daha güclüdür. Ümid edirəm ki, regionda ən güclü və
dərin ənənələri olan Türkiyə ordusu bu böhrandan da çıxacaq”.

Hərbi ekspert hadisələrin vətəndaş müharibəsilə nəticələnmə ehtimalının
olduğunu da vurğulayıb: “Bu hadisədə əhali ilə ordu arasındakı qarşıdurmanı bu
formada qiymətləndirmək düzgün deyil. Hadisə İslamçılarla Atatürkçülərin
arasında olan qarşıdurmadır. Söhbət təkcə ordudan getmir, bu, daha təhlükəli
bir prosesdir, çünki proses vətəndaş müharibəsinə çevrilə bilər. Faktiki olaraq,
orduya qarşı çıxan əhali əsasən Ədroğanın liberal islam siyasətini dəstəkləyənlərdir.
Ordunun tərəfinə çıxanlar isə Mustafa Kamal Atarürkün ideyalarını dəstəkləyən
insanlardır. Təhlükə də bu gün ondadır ki, cəmiyyət arasında belə qarşıdurma
yarana bilər. Bu, hardasa Misirdə olan vəziyyəti də xatırladır. Hansı ki, müsəlman
qardaşların lideri prezident seçildi, sonra da ordu onu devirdi və hərbi
diktatura nəticəsində yenidən seçki keçirildi. Burada isə bir qədər fərqlidir,
Türkiyədə ordunun ənənəsində dəfələrlə çevrilişlər olub. Ancaq sonra heç vaxt
general özünü prezident seçdirməyib. Sadəcə ölkəni böhrandan çıxarıb və
demokratik seçki elan edib. Bu dəfə isə bunlarda alınmadı, ancaq yenə də dövlət
çevrilişi idi və gərək hər hadisəni öz adıyla səsləndirək”.

 

Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler