Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu proses uzansa, problem daha da keskinleşecek”

Genel 17 Haziran 2016

6:12 pm


17/06/2016 [22:09]: xeber –
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli gündəmin bir sıra iqtisadi mövzuları ilə bağlı sayt-ın suallarını cavablandırıb:        – Əhali Milli Məclisim növbədənkənar sessiyanın iclaslarında daha çox islahatlar paketinin, xüsusən də xarici valyutada olan kreditlərlə bağlı  normativ-hüquqi sənədlərin müzakirə olunacağı gözləyirdi. Amma bu məsələdən hələ də səs-səmir yoxdu…        – Növbədənkənar sessiyanın iyunun 14-də keçirilən ilk plenar iclasında çox vacib qanunlar qəbul edildi və mövcud qanunlara əlavə və dəyikliklər edildi. Onların arasında “Elm haqqında” , “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihələri, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsini nəzərdə tutan dəyişikliklər xüsusi yer tutur və  həyata keçirilən islahatların mühüm tərkib hissələridir. İslahat xarakterli sənədlərin Milli Məclisə gəlməsi davam edəcək. İki həftə öncə İqtisadi siyasət, sənaye və sahbkarlıq komitəsində  aidiyyatı qurumların təmsilçiləri və xarici ekspertlərlə keçirilən görüşümüz zamanı məlum oldu ki, hökümət strukturlarında bizim deputat həmkarım Vahid Əhmədovla birgə hazırlayb təqdim etdiyimiz  “Manatın devalvasiyası  zamanı xarici valyutada olan borcların artmasının  yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan tədbirlər” barədə təkliflərimizə baxılır. Görüş zamanı əlavə təkliflərimizi də səsləndirdik.- Əhali həmin təkliflərin real nəticələrini görmək istəyir. Sizin təkliflərə baxılması uzun çəkmədimi?         – Doğrudur… əgər nəzərə alsaq ki, biz aidiyyatı qurumlara təkliflərimizi aprel ayının sonlarında göndərmişdik, təkliflərə baxılması uzun çəkdi. Bu gün problemli kreditlər bank sistemində mövcud olan problemlərin önündə gedir. Verilən kreditlərin geri qaytarılması sahəsində ciddi problemlər getdikcə kəskinləşir. Bəzi banklarda problemli kreditlər onların verdikləri kreditlərin üçdə biri səviyyəsinə, digərlərində hətta yarısına çatıb. Məsələnin köklü həlli də məhz burdan, manatın devalvasiyası  zamanı xarici valyutada olan borcların artmasının  yaratdığı problemlərin həllindən başlanmalıdır. Amma qaldırdığımız problem də sıradan bir problem deyil…Bu, çox ciddi və sistem xarakterli problem olduğundan,  addım atanda çox şeyi nəzərə almağı tələb edir. Bununla belə manata inamın bərpası-Mərkəz Banka və banklara olan etibarın qaytarılmasından, banklara olan etibarın qaytarılması-bankların saglamlasdırılmasından, bankların saglamlaşdırılması isə xeyli dərəcədə problemli kreditlərin, xususən də dollarla olan kredit borcları məsələsinin ədalətli həllindən keçir. Bu proses uzansa, problem daha da kəskinləşəcək, narazılıq da həmin uzanan zamana proporsional surətdə artacaq. Ona görə də görüş zamanı biz yenə də  xarici valyutada olan kreditlərlə bağlı  problemin həllinin sürətləndirilməsinin çox zəruri olduğunu bildirdik.       – Hazırkı reallıqlar şəraitndə hökumətin sizin təklif etdiyiniz islahatları həyata keçirmək imkanları varmı?      – Bu sualı cavablandıranların baxışları optimist və pessimist notlarda köklənib, bir – birinədən xeyli dərəcədə fərqlənir. Çünki 2016-cı il, özündən əvvəlki 2015-ci illə birlikdə Azərbaycan iqtisadiyyatının 1996-cı ildən bu yana qarşılaşdığı ən mürəkkəb ildir. Bu  ilin 5 ayının rəsmi statistikasına görə, ÜDM 4 faiz, onun adambaşına göstəricisi  5 faiz, o cümlədən qeyri-neft ÜDM 7 faiz , əsas kapitala yönəldilmiş vəsaitlər 33 faiz azalıb. Xarici ticarət dövriyyəsi Statistika Komitsinin məlumatlarına görə dörd ay ərzində 13 faiz, Gömrük məlumatlarna görə isə 20 faz aşağı düşüb. Bu rəqəmlər açıq – aydın göstərir ki, vəziyyət kifayət qədər mürəkkəbləşib. Hökümət vəziyyətdən sərt pul-kredit siyasəti, dövriyyədəki nəqd manatı azaltmaq, manat qıtlığı yaratmaq vasitəsilə çıxmaq istəyir. Amma bu müvəqqəti effekt versə də, perspektivsiz yoldur. Manat qıtlığının regionlara vurduğu ziyan bu üsulun fəsadlarını  çox aşkar göstərir. Vəziyyətdən az itki ilə və etibarlı şəkildə çıxmaqdan ötrü cəmiyyət həyatının bütün sahələrində islahatlara geniş vüsət vermək, onun  sürətini  üstümüzə gələn problemlərin sürətindən yüksəyə qaldırmaq və islahatlara sistemli  xarakter vermək lazımdır. Azərbaycanın sərvəti, potensial imkanları onun əhalisi ilə tərs mütanəsibdir. Ona görə də  bizdə vəziyyətdən çıxmaq imkanı yetərinəcədir. Bu yöndə hökümətin əsas vəzifəsi islahatları sürətləndirib, iqtisadi enmələrin qarşısını vaxtında almaq, artımı yenidən bərpa etmək və əhalinin güzəranını yaxşılaşdırmaqdır.        – Bəs onda niyə islahatlar ləng gedir?        – Əgər islahatlar ləng getsə və verilən qərarların yerlərdə icrası  bəzi nüanslarına görə imitasiya xarakteri daşımaqda davam etsə, itkilərimiz çoxalacaq. Köklü, sistemli  və sürətli islahatlar vasitəsi ilə isə vəziyyətdən daha az itki ilə çıxa bilərik, inşallah. Ona görə də  2015-ci illə müqayisədə bu il islahalar bir qədər sürətlənib. Hazırda  həyata keçirilən tədbirləri daha da intensivləşdirib, onlara  sistem xarakteri verməklə Azərbaycan üçün optimal hesab oluna bilən inkişaf modelinə, aydın və konkret  hədəfləri olan çoxistiqamətli, çoxfunksiyalı və çoxsahəli siyasətə keçməliyik. Bunun gerçəkləşdirməsinə yönəlmiş uğurlu uslahatları həyat keçirməkdən  ötrü 4 şərtin təmin edilməsi vacibdir:         1.Siyasi iradə 2.İslahat proqramı3.Həmin proqramı həyata keçirməyə qadir islatatçı komanda4.Həmin proqramı həyata keçirmək üçün yetərli olan maliyyə resursları.          Hazırda həmin şərtlərdən 3-ü var:         1. Siyasi iradə…Prezidentin, xüsusən də bu il verdiyi fərmanlar və atdığı radikal addımlar belə bir qənaətə gəlməyə əsas verir ki,siyasi iradə ortaya qoyulub və  islahatlar genişlənəcək.         2. İslahat proqramı. Bu sahədə xeyli sənədlər var və yol xəritəsi də başa çatır….           3.Həmin proqramı həyata keçirmək üçün yetərli olan maliyyə də var.          Amma həmin proqramı həyata keçirməyə qadir islatatçı komandanı formalaşdırmaq üçün hələ çox iş görmək lazımdır. İslahatlara müxtəlif üsullarla mane olanlar, müasir dövrün tələblərinə cavab verməyən, yenə də öz maraqlarından başqa heç nəyi düşünməyən, ümüdini neftin qiymətinin qalxmasına bağlayıb, öz vəzifələrini yerinə yetirməyə səy göstərməyən, oturduğu kreslonu sərvətə konvertasiya etməkdə davam edən kadrlar kənarlaşdırılmalıdır. Azərbaycanda  bu taleyüklü  4 şərtin nə qədər keçərli olacağı hökumətin 2016-cı ilin ikinci yarısındakı  addımlarından və davranışlarından bilinəcək. Bu çox uzana bilməz. Çünki Azərbaycan üçün “qum saatı” məhz 2015-ci ilin 21 fevral devalvasiyasından sonra  işə düşüb və olduqca az zaman qalıb. Azərbaycan dövlət borcunun aşağı olmasına və yüksək maliyyə ehtiyyatlarına arxalanaraq istənilən  problemin həlli üçün səfərbər oluna bilər. Ona görə də  İslahatlar Proqramı sistemli şəkildə həyat keçirilsə, 1,5-2 ilə Azərbaycan iqtisadiyyatını düşdüyü mürəkkəb vəziyyətdən çıxarıb yeni qalxınmasını, davamlı və dayanıqlı inkişafımızı təmin edəcək yola çıxmaq olar.         – Maliyyə-bank sahəsindəki vəziyyəti necə düzəltmək olacaq?           – Manat dollara nisbətdə öz real məzənnəsini tapana qədər müəyyən qalxıb – enmələr şəraitində zəifləmə prosesinin  hələ bir müddət də davam edəcəyini nəzərə alaraq banklara dollarla borcu olan şəxslərin vəziyyətini yüngülləşdirməkdən və bundan sonrakı proseslərin də ağırlıqlarını qarşılamaqdan ötrü, bir dəfəyə hesablanmış deyil, davamlı olaraq  işlək bir mexanizm yaradılması bir – biri ilə əlaqəli 3 məsələnin həllini zəruri edib:         Birincisi, maliyyə sabitliyi, maliyyə-bank sektorunun inkişafı və real sektorun maliyyə təminatı. Bayaq dediyimiz kimi, biz bu istiqamətdə aidiyyatı qurmlara təkliflərimiz göndərmişik. Burada Bank sektoruna inamın bərpası, milli valyutanın məzənnəsinin sabitləşməsi və  ona inamın artırılması və real sektorun maliyyə təminatı  üzrə təkliflər öz əksini tapıb.          İkincisi, manatın devalvasiyası  zamanı xarici valyutada olan borcların artmasının  yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan tədbirlər həyat keçirilmlidir.          Üçüncü,  qanunvericiliyimizin qlobal iqtisadi böhranın doğurduğu yeni çağırışlara uyğun şəkildə təkmilləşdirilməsi. Problemlə bağlı apardığımız araşdırmaların nəticəsi olaraq, hazırda Azərbaycan Respublikasında qüvvədə olan bir sıra qanunvericilik aktlarına dəyişiklərin edilməsi haqqında təkliflər hazırlamışıq. – Dövlət-hakimiyyət orqanlarına göndərdiyiniz təkliflərin xarici valyutada olan kreditlərlə bağlı hissəsini bir qədər aça bilərsinizmi?        – Sizin sualınızla bağlı məsələlər mətbuatda xeyli işıqlandırılıb. Bu bizim hökumət qurumlarına göndərdiyimiz təkliflər paketinin ikinci blokunda konkretləşdirilib. Xarici valyutada olan kreditlərlə bağlı bu sahədə yaranmış kritik vəziyyəti aradan qaldırmaqdan ötrü, birincisi, dollarla kredit  borcu  olan vətəndaşların hər birinə müvafiq həll üsulu tətbiq olunması və bu işin maliyyə tərəfinin  bir qurumun üstünə atılmaması, vəziyyətdən çıxışın optimal variantı kimi  devalvasiyadan doğan həmin ağırlığın “dördbucaq” sistemi üzrə “dövlət – Mərkəzi Bank -kommersiya bankları – əhali” arasında ədalətlə bölüşdürülməsi variantından istifadə edilməsi variantını irəli sürmüşük.       Real imkanlar daxilində 1000 (min) dollara qədər olan ümidsiz borcların bankların mənfəti hesabına silinməsi variantına üstünlük veririk.        Kredit borcu 5000(beş min) dollara qədər olan vətəndaşlara ciddi güzəştlərin edilməsi və  həmin səviyyədə olan borclarının 21 fevral devalvasiyası zamanı formalaşan məzənnə ilə, yəni 1,05 manat nisbətində ödənilməsini optimal variant hesab edirik.       Əhalinin  məişət əşyaları (mebel, soyuducu, paltaryuyan maşın və sair) almaqdan ötrü aldıqları istehlak kreditlərinin, eləcə də ipoteka kreditlərinin dollarla hesablanması məsələsinə xüsusi yanaşmanın  tətbiq edilməsini, borcun manat dollar nisbətində 1,05 məzənnəsi ilə ödənilməsini, faizlərin əsaslı surətdə aşağı salınmasını, müqavilə müddəti uzadılanda faizlərin dondurulmasını və s.təklif etmişik.       Fürsətdən və əhalinin iqtisadi biliklərinin azlığından istifadə edərək banklar  tərəfindən borcların  dollarla təkrar hesablanmasına məruz qalan borclara münasibətdə həmin qəbildən olan borclulara  da sadaladığımız variantlarda müvafiq  güzəştlərin edilməsi təklifini irəli sürmüşük.      İri məbləğli borclara münasibərdə manatın dollara olan 21 fevral və ya  21 dekabr məzənnələri arasındakı məqbul göstəricini (məsələn, 1,20-1,30 manat intervalında)  əsas kimi götürüb, “dondurmaqla” borcların qaytarılmasına möhlət verilməsi, borcun faiz dərəcələrinin aşağı salınması, manata çevrilməsi və sair bu kimi üsullardan istifadə edilməsini zəruri hesab edirik.         Bunun müqabilində ölkəmizdə həyata keçirilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, “Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırlması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və sair  də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsi yaxşı olar. Yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar.         – Təkliflərinizin reallaşması ehtimalı nə qədərdir?         – Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu  həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər. Dollarla krediti olanların probleminin optimal  həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həllinin sürətləndirilməsi  həm dövlət, həm banklar, həm də əhali üçün sərfəlidir. Güman edirik ki, bizim deputat həmkarım Vahid Əhmədovla birgə hazırlayb təqdim etdiyimiz islahatların dərinləşdirilməsi, eləcə də “Manatın devalvasiyası  zamanı xarici valyutada olan borcların artmasının  yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan tədbirlər” barədə təkliflərimizdəki bir sıra məqamlar hökumətin fəaliyyətində nəzərə alnacaq.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler