Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu otelde müşterilerden nikah şehadetnamesi teleb edilmir

19 Temmuz 2016

2:56 pm


19/07/2016 [18:52]: xeber –
Son günlər sosial şəbəkələrdə və internet mediasında Bakının bəzi yüksək kateqoriyalı mehmanxanalarında Azərbaycan vətəndaşı pasportu ilə müraciət edənlərə yer verilməməsi məsələsi müzakirə olunmaqdadır. Müzakirələrdə “Sapphire” otellər qrupunun da adı çəkilir.“Sapphire” otellər qrupu bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Bakıdakı “Sapphire” otelləri butik tipli – kiçik otellər kateqoriyasına aiddir və qrupun tərkibindəki 4 otelin hər birində nömrələrin sayı məhduddur.  “Sapphire” otellər qrupu ölkəmizdəki xarici şirkətlərlə,  diplomatik nümayəndəliklərlə, həmçinin yerli dövlət orqanları ilə əməkdaşlıq edir. Nömrələrin internet üzərindən əvvəlcədən satışının və bron edilməsinin müasir sistemi tətbiq olunur. Belə ki, dünyada onlayn-turizmin liderlərindən olan www.expedia.com və www.booking.com vasitəsilə otellərimizdə əvvəlcədən yer sifariş etmək mümkündür. Bundan başqa, Almaniya, İtaliya və Rusiyanın nüfuzlu turizm şirkətləri ilə bağlanmış müqavilələr də “Sapphire”in müştəri kontingentinin formalaşmasında mühüm rol oynayır. “Belə bir şəraitdə biz, əsasən, korporativ müştərilərlə işləyirik, görünür, bu da otellərimizdə qalmaq barədə müraciətlərinə mənfi cavab alan fiziki şəxslərdə müəyyən narazılıq doğurur. Paytaxtın mərkəzində yerləşən otellərimiz özünün xidmət mədəniyyəti ilə, xüsusən, xarici qonaqlar arasında geniş populyarlıq qazanmışdır. Xoş və səmərəli istirahət üçün hər bir imkanın yaradıldığı otellərimizdə onların təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Məhz bu amil ictimai davranış qaydalarını pozmağa meyilli olan, qonaqların həyatına və istirahətinə ciddi təhlükə törədə biləcək təsadüfi şəxslərin oteldə yerləşdirilməsini mümkünsüz edir” – deyə, “Sapphire” otellər qrupu bəyan edir.Məlumatda o da vurğulanır ki, “Sapphire” otellərində yerli vətəndaşların qalması faktları kifayət qədərdir və bu zaman onlardan şəxsiyyəti təsdiq edən sənəddən başqa hər hansı digər sənəd, o cümlədən nikah haqqında şəhadətnamə tələb edilmir: “Xüsusi qeyd etmək istərdik ki, “Sapphire” otellər qrupu tam milli şirkətdir və sıravi işçidən rəhbər vəzifəli şəxslərədək burada çalışanların hamısı Azərbaycan Respublikasının vətəndaşıdır. Biz ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir, xalqımıza və dövlətimizə xidmət etməkdən qürur duyuruq”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler