Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu ölkeler arasındakı serhed xetti danışıqlar masasının üzerinden keçir — FOTOLAR

30 Temmuz 2016

2:48 pm


30/07/2016 [18:44]: xeber –
Bir zamanlar sakit və adi bir kənd olan Panmunjom son illər çox maraqlı bir yer halına gəlib. Buna səbəb Şimali Koreya ilə Cənubi Koreyanı ayıran sərhəd xəttinin bu kənddən keçməsidir.Kənd tam bərabər halda iki yerə ayrılıb. Hətta, bölgü o qədər düzgün aparılıb ki, bu kənddə yerləşdrilmiş BMT konfrans binasının danışıqlar masası da sərhəd xətti ilə ikiyə bölünür. Yəni masanın hər tərəfi ayrı-ayrı dövlətlərə aiddir. Bu səbəbdən də bu masada danışıqlar aparan tərəflər bir-birlərinin əlini sıxarkən çox diqqətli olmalıdırlar. Əl uzadarkən sərhəd xəttini qanunsuz şəkildə keçmiş hesab olunurlar ki, bu da atəşkəs rejiminin pozulmasına səbəb ola bilər. Masanın hər iki başında Şimali və Cənubi Koreya əsgərləri növbə çəkirlər. Bu kənddə bir də dəmir yolu stansiyası var. Lakin, 2000-ci ildə inşa edilmiş bu stansiyaya hələ heç kim ayaq basmayıb. Stansiya bir gün Şimali və Cənubi Koreya birləşərsə, xalqlar arasında dostluğu simvolizə etmək üçün nəzərdə tutulsa da hələ ki, sülhə nail olunmayıb. Şimali Koreya və Cənubi Koreya arasında böyük dağıntılara və çoxlu sayda insan ölümlərinə səbəb olmuş müharbə 1953-cü ildə Panjmunjomda imzalanmış atəşkəs sazişi ilə sona çatıb.(ölkə.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler