Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, menim teşebbüsümle heyata keçirilib”

09 Eylül 2016

12:56 pm


09/09/2016 [16:54]: xeber –
““Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da ekspert kimi qeyd olunması mənim təşəbbüsümlə həyata keçirilib. Həmin təşəbbüsün rəhbəri mən olmuşam. Düzdür, bizim təşkilatın rəhbəri Qənbər Şəmşiroğludur, amma UNESCO-ya təqdim olunan mətnə mən imza atmışam. Azərbaycan Aşıqlar Birliyi dəstək verib ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı UNESCO-da ekspert hüququnda qeydiyyata alınsın. Bu, son dərəcə əhəmiyyətli bir məsələdir”.Bunu sayta açıqlamasında Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi haqqında danışarkən deyib. M.Qasımlı daha sonra bunları əlavə edib: “Bilirsiniz ki, 2019-cu ildə Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə Azərbaycan aşıq sənəti Azərbaycan xalqına məxsus olan milli-mənəvi sərvət kimi dünya sənət şedevrləri sırasında UNESCO-da qeydiyyatdan keçib. Ondan sonra UNESCO-nun xətti ilə Azərbaycan aşıq sənəti ilə bağlı bir çox tədbirlər həyata keçirilib. Aşıqlarımızın UNESCO-da konsertlər verməsi, bir çox tədbirlərin keçirilməsi, Beynəlxalq Ozan festivalının I, II Bakı toplantılarının və s. olması sözü gedən diqqət və qayğının nəticəsi idi. Biz istədik ki, UNESCO-da aşıq sənətinin təmsilinin miqyası xeyli genişləndirilsin və bu mənada “Aşıq Şəmşir” Mədəniyyət Ocağını ən layiqli ünvan bilib təqdimatını elədik. UNESCO-dan da müraciətimizə müsbət cavab gəlib, bizim üzvlüyümüz və ekspertliyimiz qəbul edilib və bu barədə bizə təbrik göndərilib. UNESCO rəhbərliyinə də, Azərbaycandan bu işə dəstək verən hər kəsə də təşəkkür edirəm. Çünki “Aşıq Şəmşir” Mədəniyyət Ocağı doğurdan da uzun müddət aşıq sənətimizin təbliği sahəsində, o cümlədən Dədə Şəmşirin irsinin təbliği sahəsində yorulmadan sistemli işlər aparır. Bu anlamda onun tam hüququ idi ki, UNESCO-ya düşsün və buna nail ola bilik”.Aşıqlar Birliyinin sədri bu istiqamətdə işlərini davam etdirəcəklərini də vurğulayıb: “Bundan sonrakı mərhələdə yenə də Azərbaycan aşıq sənəti ilə bağlı UNESCO-da təmsilçilik hüququ səviyyəsində bir çox layihələr təqdim olunacaq. İnşaallah onlar da uğurla həyata keçəcək. Çox görkəmli sənətkarlarımızın UNESCO-da disklərinin buraxılması məsələsi var. Məsələn, Ədalət Nəsibovun və digərlərinin diskləri buraxılıb. Bu istiqamətdə işlərin sürətləndirilməsi üçün Azərbaycan Aşıqlar Birliyi əlindən gələn hər işi həyata keçirəcək ki, Azərbaycan aşıq sənəti dünya miqyasında lazımı səviyyədə təmsil olunsun. Bu gün Azərbaycan aşıq sənətini təmsil edən aşıqların sayı təqribən 3 mindən çoxdur. Güney Azərbaycan, Şimali Azərbaycan, Borçalı da daxil olmaqla aşıqların sayı 3 mindən çoxdur və bu, böyük gücdür. Bu, böyük gücün də UNESCO-da həmişə böyük səviyyədə, həm ekspertlik, həm də sənət şedevrləri səviyyəsində qeydiyyatının olması çox vacibdir. Biz də buna çalışırıq. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı da indiyə kimi uğurlu fəaliyyətini daha geniş miqyasda davam etdirəcək. Çünki bundan sonra aşıq sənəti ilə bağlı irəli sürülən bir çox beynəlxalq layihələrə ekspert kimi rəy vermək hüququna malik olacaq”.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler