Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu körpe 6 defe emeliyyat olunmalıdır – Kömeye ehtiyacı var + Fotolar

05 Ağustos 2016

3:08 pm


05/08/2016 [19:05]: xeber –
Yaş yarımlıq Dərya Əmirovanın köməyə ehtiyacı var. Körpə sol ayağındakı qüsurunun aradan qaldırılması üçün 6 əməliyyat olunmalıdır. Belə ki, körpənin sol ayağı sağ ayağından 6 sm qısadır. Bundan əlavə ayağında incik sümüyü yoxdur, ayağı əyridir və 3 barmağı bitişikdir. Balaca Dəryanın ayağının üstünə çıxan əlavə sümük isə ona ağrılar verir. Travmatologiya və Ortopediya İnstitutunda müalicə alan körpə təcili olaraq əməliyyat keçirməlidir. Lakin ailənin maddi durumu müalicəni davam etdirməyə imkan vermir. Dəryanın anası Səbinə Əmirova bildirib ki, uşağın xaricdə tam müalicə olunması mümkündür: “Lakin maddi cəhətdən buna imkanımız çatmır. Ona görə də yalnız ölkə daxilində müalicə ilə maraqlanmışıq. Bakıda keçiriləcək əməliyyatlar üçün təxminən 10000 AZN vəsait lazımdır. İmkanı çatan, genişürəkli şəxslərdən xahiş edirik, balamızın müalicəsinə yardım etsinlər. Bu məbləğin yığılmasına və balaca qız uşağının sağlam şəkildə böyüməsinə kömək olsunlar”.Körpəyə yardım etmək istəyən şəxslər aşağıdakı əlaqə telefonu ilə əlaqə saxlaya, yaxud hesab nörməsinə pul köçürə bilər: Əlaqə telefonu: Əmirov Elvin Ələkbər oğlu – (051) 368 15 00Kapital Bank hesab nömrəsi: 45810019441800004118 (AZN)(aznews.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler