Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu kendde heyat donub – İnanılmaz fotolar

03 Ekim 2016

7:20 am


03/10/2016 [11:19]: xeber –
sayt xəbər verir ki, Yeni Zelandiyalı fotoqraf Amos Chapple dünyanın ən soyuq kəndindəki yaşayışı lentə almağa qərar verib. Bu məqsədlə o, Rusiya ərazilərində, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndində üz tutub. Bu kənddə 1926-ci ildə havanın temperaturu -71.2 dərəcə qeydə alınıb. Bu göstərici Şimali yarımkürəsində qeydə alınmış ən aşağı temperatur olub.Meyvə, tərəvəvəz, göy-göyərti bitməyən bu kənddə marketlərin piştaxtaları balıq və ət məhsulları ilə doludur. Temperaturun -48 dərəcəyə çatdığı şəhərdə dondurulmuş balıqlar çörək kimi yan-yana düzülür. Günəş şüalarının dondurucu duman təbəqəsini dəlməyə belə çətinlik çəkdiyi kənddə bu gün təxminən 500 nəfər yaşayır. Evlərin içinə soyuğa görə su qurğuları çəkmək mümkün deyil. Buna görə də kənddə tualetlər evlərdən kənarda inşa edilib. Bu kənddə həm də avtomobilləri ancaq qarajlarda işə salmaq olur. Qarajdan kənara çıxan avtomobillər ancaq dayanmadan yollarına davam etmək məcburiyyətindədir. Çünki avtomobil hərəkətini dayandırsa, dərhal yerində donar və işə salmaq mümkün olmaz. Rusiyanın Şimal Qütbünə ən yaxın kənd Oymyakon “Donmayan su” mənasını verir. 1930-cu illərə qədər bu bölgəyə maral sürüləri su ehtiyaclarını qarşılamaq üçün gəlirmiş. Ancaq Sovet hökuməti ölkənin şimal-şərqində dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən bu bölgədə insan yaşayışının olmasına qərar verir. Və bundan sonra həmin bölgəyə qaçqınlar yerləşdirilir. Kənddə az çeşiddə məhsul satan tək bir dükan var və hər kəs buradan bazarlıq edir. Ancaq sakinlər heç də balanssız bəslənməylə bağlı sağlıq problemləri yaşamırlar. Mütəxəssislər bunu yerli sakinlərin istifadə etdikləri maral südüylə əlaqələndirirlər. Belə ki, maral südündə vitaminlər yüksək olduğundan insanların sağlamlığını qoruyur. Bu kənddə uşaqlar da soyuğa vərdiş edib. Havanın temperaturu -52 dərəcədən aşağı enəndə isə məktəblər bağlanır. Oymyakon sakinlərinin ən sevdiyi məşğuliyyət isə buz tutmuş göldə balıq ovlamaqdır.Hazırladı: Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler