Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu “İSGƏNDƏR” kefli deyil, amma…

24 Eylül 2016

6:32 am


24/09/2016 [10:23]: xeber –
Söhbət son günlərdə  Azərbaycan rəsmilərini də, ictimaiyyəti də narahat edən “İsgəndər”  əməliyyat- taktiki raket kompleksindən gedir. Ermənistan isə müstəqillik paradında nümayiş etdirdiyi “İsgəndər”lərlə   kefli günlərini yaşayır. Əslində nə baş verir? “ İsgəndər” raketlərinin xüsusiyyətlərini, taktik-texniki imkanlarını geniş şərh etmədən yaranmış vəziyyət barədə bəzi məqamları diqqətinizə çatdıraq.Raket kompleksi indi nümayiş olunsa da hələ 2013-2014-cü illərdə həm rus, həm erməni mətbuatı “İsgəndər”in Ermənistan ordusuna verilməsi planları  barədə  məlumat verirdilər. Bu o zamanlar idi ki, Azərbaycan müasir silahlar alır, ordunu gücləndirirdi. Rusiya mətbuatı  Azərbaycanı çəkindirmək, yeni silahların isə məhz Rusiyadan alınmasını dolayısıyla anlatmaq və məcbur etmək məqsədilə  bu  informasiyaları tez-tez müzakirəyə çıxarırdı. Aprel döyüşlərindən sonra Ermənistanda anti Rusiya əhvalının yüksəlməsi, erməni mətbuatında V.Putinin  əleyhinə daha çox yazıların dərc olunması, Sərkisyanın istefasının tez-tez səsləndirilməsi Rusiyanı narahat etmiyə bilməzdi və bu narahatçılıq yalnız Sərkisyanın Moskvaya dəvət edilib “başına ağıl qoyulması” ilə yekunlaşmadı. Ermənistan prezidenti ötən aylarda  İrəvan mətbuatının qeyd etdiyi kimi qeyr-adekvat qərarlar qəbul etməklə Putini fakt qarşısında qoyub ölkə ictimaiyyətinin, siyasi qüvvələrin təzyiqləri qarşısında aciz qaldığı roluna girib, Qərbpərəst qüvvələrin, diasporanın, Amerika səfirliyinin köməyilə fəallaşdığı xəbərlərini dövriyyəyə buraxdı. Səbəb olaraq  aprel döyüşlərində Rusiyanın gözlənilən dəstəyi verməməsi, Azərbaycanı silahlandırması, Qarabağ məsələsində guya Ermənistanı güzəştə məcbur etməsi siyasəti dayandığı qınaq kimi himayədarına çatdırıldı. Ermənistanın  həmişəki  kimi əzabkeş obraz roluna girdiyini  sınamış Rusiya, eyni zamanda ermənilərin  xarakterlərini və  sürüşkən siyasət yeritdiklərini də yaxşı bildiyindən, ən əsası öz maraqlarını Güney Qafqazda təmin etmək naminə “İsgəndər” çoxməqsədli əməliyyat-taktiki raket kompleksini Ermənistan ordusuna bağışladı. Məhz bağışladı! 200 milyon dollar kreditin bu kompleksə aidiyyatı yoxdu, zatən  bu sistemin dəyəri göstərilən kredit məbləğindən xeyli çoxdur.”İsgəndər” raket kompleksinin Rusiya bazasına ,yoxsa Ermənistan Ordusuna aid olması sualının ortaya atılması sadəlövhlükdür. Rusiyalı mütəxəssis bu suala daha dəqiq cavab verir:”Gümrü bazasına Əməliyyat Texniki Raket Kompleksi lazım deyil.Gümrüyə uzaq mənzilli PC3O lazımdı, o da orda çoxdan var”.  “İsgəndər” kompleksinin Ermənistan ordusuna verilməsi Azərbaycanı çəkindirmək, Ermənistan cəmiyyətinin və rəhbərlərinin könlünü almaq siyasətidir. Ermənistana verilən raketlərin minimum uçuş məsafəsi 250 km-dir. Ermənistan ərazisində bu raketləri heç sınaqdan keçirmək belə mümkün deyil, çünki düşmənin ərazisinin maksimum əhatə dairəsi 150 km-dir. Deməli, bu raketlər artıq Azəraycana tuşlanıb. Rusiyanın Kalininqrad viayətində “İsgəndər” raket kompleksinin yerləşdirilmə niyyəti Polşada ,Baltikyanı ölkələrdə ,hətta bütün Qərbi Avropada narazılqla qarşılandığı üçün(hələ niyyəti) Rusiya bu addımdan çəkinir və şərt irəli sürür ki, NATO Şərqi Avropada Raket əleyhinə kompleks sistemləri quraşdırarsa “ İsgəndər” yerləşdiriləcək . Belarus da “İsgəndər” kompleksini  almaq niyyətindən hələ ki, imtina edib. Bu günədək nəinki beynəlxalq ekspertlər, hətta erməni siyasi dairələri də “İsgəndər” komplekslərinin yerləşdirilməsinin hərbi vəziyyətdən çox siyasi xarakter daşıdığını ,siyasi qınaqlar və böhranlarla müşayət olunacağını deyirdilər, bəs indi niyə hamı susur? Qərb, Rusiya dillənmir. Türkiyənin də susması,reaksiya bildirməməsi təəccüblüdür. Əgər bu raket kompleksi Rusiya bazasına aid olsaydı, başadüşülən idi, axı bu Türkiyəyə düşmən mövqedə duran Ermənistanın silahıdır artıq. Bəs Azərbaycanın səsi? Müdafiə Nazirliyinin əməliyyat müşavirəsi etirazdımı? Ölkənin Xarici İşlər Nazirliyi hansı addımları atıb? Rusiya səfiri çağrıldımı, nota verildimi? BMT-yə müraciət olundumu? Bu həyəcanı boşuna dilə gətirmirik. Bilirsinizmi “İsgəndər” raket kompleksi nəyə qadirdi? Bir az məlumat verək.Əvvələn niyə “İsgəndər”? Hələ 1989-cu ildə planlaşdırılan bu silah ilk dəfə 1996-cı ildə istehsal olundu.Rus mənbələr yazır ki, raketi yaradanlar bu silahla dünyanı fəth edə biləcəklərini fəxrlə söyləyəndə dünya fatehi , sərkərdə Makedoniyalı Aleksandrın adını verməyi qərara alırlar. Şərqdə fatehin İsgəndər kimi tanındığını və nə vaxtsa alıcıların daha çox şərq ölkələri olacağını ,sərkərdənin dəbilqəsinin iki buynuzlu olduğunu və raketin də iki başlı yaradıldığını nəzərə alıb yeni yaranan raketi “İsgəndər” adlandırdılar. Raketlər döyüş zamanı hərəkət etməyən və edən obyektləri vurmaq üçün nəzərdə tutulur. Aerodrom, zavod, port, komanda məntəqəsi, tanklar və s. Raket əleyhinə sistemdən uğurla yayınır, yalançı hədəflər buraxa bilir.Ən müasir Amerika “Petriot”ları belə onu vurmaqda acizdir. Raketə müxtəlif döyüş başlıqları   yerləşdirmək mümkündür, o cümlədən nüvə başlıqları da.  Rusiya ilk dəfə bu raketi Gürcüstanla müharibədə Qori yaxınlığındakı tank briqadasına atmış və raketin düşdüyü yerdə 28 tank bir dəqiqə içində kül olmuşdu.Ruslar bunu təsdiq etməsələr də, holland mütəxəssislər  döyüş yerindən götürdükləri materiallar əsasında elementlərin “İsgəndər”ə məxsus olduğunu bəyan etdilər. 50 km hündürlükdə saniyədə 700-800 metr sürətlə uçan, uçuş boyu idarə olunan və 500 km məsafə qət edən raket demək olar ki, hədəfi əsasən dəqiq vurur, hədəfdən yayınması maksimum 200 metrdir.  Ermənistan rəhbərliyi özünü bu paraddan sonra çox inamlı aparır.Erməni mətbuatı yazır ki, Ermənistanın indiki hərbi-siyasi durumunu 1957-ci il 4 oktyabrda  SSRİ-nin Yerin birinci süni kosmik sputnikini buraxdığı zamanla müqayisə etmək olar. Bu sputnikdən sonra  SSRİ  “sosializmin tam və qəti qələbəsini” elan etdi. İndi Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan Qarabağ müharibəsində tam və qəti qələbə qazandıqlarını elan edir. Əlavə də edir ki, bu tip silahları heç bir dövlət Azərbaycana satmayacaq. Nə edək? Qarabağa əlvidamı dedirtdirirlər? “İsgəndər” ermənilərin keyfini xeyli açıb. Rusiya Ermənistanı da əlində tutur, Azərbaycanı da. Ermənistanın Rusiyadan dördəlli yapışması məlumdur və məntiqlidir- Qarabağı işğal edib Ermənistana verib, indi də ixtiyarına elə bir silah verdi ki, rahat işini görsün.Hətta ,o silahın düyməsini də yeri gələndə özü basacaq. Bəs, biz nəyin müqabilində Rusiyadan qopmuruq? “Səni sevəcəyəm, sən sevməsən də” prinsipi nəyə xidmət edir? Erməni narazılq edib istədiyinə nail olur, bizi Rusiya  zülmə saldıqca səsimizi çıxarmırıq, etiraz etmirik. Rusiya Gürcüstanı bombalayanda Fransa prezidenti Sarkozi Moskvaya gəlib atəşkəs tələb etdi və tələbi yerinə yetməyincə Parisə dönmədi. Bizim elçiliyi kim edəcək? Bizim keyfimizi kim açacaq? Hər gün söyülən Qərb? Öz başının hayına qalan Türkiyə?  Bu qlobal dünyada özümüz təkbaşına problem həll edə bilmərik. Doğrusu nədi onu etməliyik, sonra gec yox ee.., çox gec olacaq. P.S. Allah Mirzə Cəlilə rəhmət eləsin. Gedim “Ölülər”in içində  Kefli İsgəndərdən oxuyum, bəlkə keyfim açıldı…İlham İsmayıl


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler