Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu idmançılar vetene xeyanet edib – Prezident

24 Ağustos 2016

12:12 pm


24/08/2016 [16:09]: xeber –
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Rio de Janeyroda keçirilən olimpiya oyunlarında medal qazana bilməyən türkmən idmançıları vətənə xəyanətdə ittiham edib. Rəsmi qəzetə açıqlama verən Berdıməhəmmədov ölkədə idmanı inkişaf etdirmək üçün çoxlu səylər göstərildiyini, amma Rioda istənilən uğurun əldə olunmadığını bildirib. Türkmən lider olimpiadada medal qazanılmamasına və uğursuzluğa hirsləndiyini, idmançıların ana vətənə xəyanət etdiklərini deyib. Berdiməhəmmədovu əsəbiləşdirən daha bir məqam isə qonşu ölkələrin medal qazanmaları olub. Qeyd edək ki, Türkmənistanla qonşu olan Özbəkistan olimpiadada 13 (4-ü qızıl), Qazaxıstan isə 17 medal (3-ü qızıl) qazanıb. (Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler